ZORAKILIĞIN QİYMƏTİ

Hər dəfə evdə öldürülən bir qadın gördükdə,  dəyər sistemimizdə qırılan bir zəncir görürəm…. Mehriban Zeynalova.

Elə
zamanədə yaşayırıq ki, hər şeyə qiymət qoyulur. Neftin qiyməti, qazın qiyməti,
ağacın qiyməti, qızılın qiyməti və nələrin nələrin qiyməti.

Odur ki,
məsələlərə konseptual yanaşma sərgiləmək istəyəndə, onun qiymət meyarı ilə
ölüclməsinə ehtiyacı duyulur.

Elə bu
ehtiyaca istinadən zorakılığın qiymətindən yazmaq qərarına gəldim 

Beynəlxalq qanunvericilik.

«Qadınlara münasibətdə zorakılıq» anlayışı qadına
cinsi, fiziki və psixoloji zərər və əzab gətirən, cinsi əlamət daşıyan istənilən
zorakılıq aktını və ya bu aktların olunma təhlükəsini, istər şəxsi, istərsə də
ictimai həyatda azadlıqdan məcburi və ya könüllü məhdudiyyətlərini özündə əks
etdirmək anlayışını daşıyır. (Qadınlara qarşı zorakılığın aradan qaldırılması
haqqında Bəyannamə BMT-nin Baş Məclisi tərəfindən 20 dekabr 1993-cü ildə qəbul
edilmişdir. Qətnamə 48/104)

Qadınlara münasibətdə zorakılıq, aşağıdakı halları əhatə
edir, lakin onlarla məhdudlaşlmır. (Maddə
2)

a) ailədə baş verən fiziki, cinsi və psixoloji
zorakılıq, o cümlədən döyülmə, ailədə qızlara qarşı olan cinsi məcburetmə
aktları, cehizlə əlaqədar olan zorakılıq, qadınların məcburi şəkildə ərləri tərəfindən
zorlanması, qadınların cinsi orqanlarının zədələnməsi və qadınlara zərər gətirən
digər ənənəvi üsullar, nigahdan kənar zorakılıq, istismar ilə bağlı zorakılıq;

 b) ümumilikdə
cəmiyyətdə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən işdə, təhsil
müəssisələrində və digər yerlərdə zorlama, cinsi məcburetmə, cinsi əlaqəyə təhrik;
həmçinin qadın alveri və fahişəliyə məcburetmə;

 c) dövlət tərəfindən
yol verilən və saxtakarlıqla yanaşılan fiziki, cinsi və psixoloji zorakılıq.

«Qаdın
hüquqlаrının pоzulmаsı» аnlаyışı: cinsi аyrı-sеçkililik prinsipi əsаsındа
qоyulаn hədlər, məhdudiyyətlər və qаdаğаlаr kimi dərk еdiləcəkdir. Bunlаrın məqsədi
siyаsi, iqtisаdi, sоsiаl, kmədəni, sivil və hər hаnsı digər bir sаhədə аilə vəziyyətindən
аsılı оlmаyаrаq qаdınlаrın hüquqlаrının və аzаdıqlаrının tаnınmаsını və yа bu
hüquq və аzаdlıqlаrdаn qаdınlаrlа kişilərin 
hüquq bərаbərliyi prinsipi əsаsındа istifаdə еdilməsini məhdudlаşdırmаq
və yа hеçə еndirməkdir” (Qаdınlаrа  münаsibətdə ayrı sеçkiliyin bütün 
fоrmаlаrının arаdаn 
qаldırılmаsı   hаqqındа Kоnvеnsiy Fəsil  I. Maddə 1)

Milli sterotiplər…

Adətən
el arasında belə fikir var ki, ərlə arvadın savaşı, yaz yağışıdır. Bu məslələrə
müdaxiləni,  ətlə dirnaq arasına girmək
kimi qiymətləndirərək agrı verəcəyini deyirlər. Bəzən isə, ər arvadı, döyər də,
sevər də deyirlər. Kişinin qadına (ər arvadı qardaş bacını, ata qızı və s.)
qarşı etdiyi fiziki, psixoloji, iqtisadi zorakılığını dəsətəkləyən kifayət qədər
el misalları və atalar sözləri var ki, zorakılıqdan irəli gələn iqtisadi zərərin
hesablanması bəlkə də gülünc görünə bilər.

Amma…

Amma
beynəlxalq aləm belə düşünmür.  Onlar ərlə
arvad, ana ilə bala, qardaşla bacı arasında baş verən fiziki mənəvi, iqtsadi zədələri
qiymətləndirir. Hətta bunalrın hökumətin büdcəsinə vurdugu zərəri  belə hesablayır.

Məsələn,
Niderlandda zorakılığıa məruz qalmış şəxslərə il ərzində 151  milyon avro, Isveçrədə 260 milyon avro, Finlandiyada
101 milyon avro, Isveçdə 3300 milyon avro, İspaniyada 2.356,8 milyon avro,Danimarkada 70 milyon avro, Fransada
2.5 milyon avro, ABŞ- da 5.8 milyon dollar, Avstraliyada 13.6 milyon
dollar  hökumət xərcləyir.

İngiltərə
təcrübəsində isə belədir. İl ərzində baş verən məişət zorakılığı hallraında
qeydə alınmış ümumi məsrəf 5.5 milyon funt sterlinqdir və bu məbləği aşağıdakı
kimi qruplaşdırmaq olar:

  • Fiziki
    və əqli sağlamlıq üçün – 1.6 milyon funt sterlinq
  • Cinayət
    işləri – 1.2 milyon
  • Sosial
    xidmət – 268 milyon
  • Sığınacaq
    xərcləri – 185.7 milyon
  • Mülkiyyət
    hüququ ilə bağlı -366.7 milyon
  • Iqtisadi
    imkanarla bağlı dəyən zərərin aradan qaldırılması xərcləri – 1.8 milyon   

Keçmiş
MDB dövlətləri arasında Belarusiyada aparılan araşdırmalara görə, ölkədə
zorakılığın qiyməti 1 125 471 milyon dolları əhatə etdiyi müəyyən
olunmuşdur. Aparılan hesablama rəsmi statistikaya əsaslanmışdır. Belə ki,
Belarusyada 2006 cı ildə məişət zorakılığı zəminində rəsmi qeydiyyata alınan şəxslərin
sayı  2734 nəfəri təşkil etmişdir. Qeyd
edilən iqtisadi zərər  məhz 2734 nəfərə çəkilən
xərcələrə uygun hesablanmışdır. Təqdim edilən iqtisadi qiymətləndirmə iki yöndə,
birbaşa və dolayısı yolla xərclənmiş maliyyəyə istinad edir.

Belarusyada
aparılan araşdırmalara görə hökumətin bütövlükdə  bir məişət zorakılığı faktına görə çəkdiyi xərc-883882
belarus manatını təşkil edir.

 Məişət zorakılığı qurbanı olmuş qadına bir
başa çəkilən xərcin məbləği isə – 155000 belarus manatını təşkil edir.

Lakin xərclər
bir neçə formada – qısamüddtəli və uzunmüddətli ola bilər.

Birinci
hal, yəni qısamüddətli xərclər fiziki, mənəvi və digər formaların nəticəsində
alınan zədədlərin aradan qaldırılmasına yönəlmiş xərclərdir. Lakin uzunmüddətli
xərclər dedikdə əmək fəaliyyətinin dayadırılması nəticəsində istehsala dəyən zərəri
nəzərdə tutur. Hazırda yuxarıda qeyd edilən dövlətlərin hesablamalrında, təkcə,
məişət zorakılığının qurbanlarına çəkilən bir başa xərclər, o cümlədən
qurbanlarla işləyən mütəxəssislər- hüquq mhafizə orqanları, məhkəmə, tibb,
sosial müəssislər və s ilə yanaşı,  dolayı xərclər də diqqət mərkəzində dayanır.
Bu da istehsala dəyən zərərdir. Bu sahədə aparılan bir neçə  araşdırmaya dair misalı diqqətinizə çatdırmaq
istərdim.

 Tədqiqatçılar hesab edir ki, zorakılığın
insanlara zərərli təsirindən başqa, onun cəmiyyətə vurduğu zərər daha böyükdür.
Zorakılıq  iqtisadi yük, itirilmiş məhsuldarla
yanaşı sosial xidmət sahərində xidmətlərə təlabatı artırır.

Hindistanda
aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, fiziki zorakılıqdan zərərçəkmiş
qadınların 13% -i hər zorakılıq hadisəsindən sonra 7 iş günü əmək faliyyəti ilə
məşğuı ola bilmir. 11% isə ev işləri ilə məşğul ola bilməyib.

ABŞ-ın
Çikaqo ştatında aparılan tədqiqatın nəticələri göstərmişdir ki,  fizki və psixoloji zorakılıqla mütamadi üzləşən
qadınar iş yerlərini tez-tez dəyişməli olur və ya işsiz qalır. Çünki onlar,
keçirdikləri sters və əzabın nəticəsində öz işlərinin öhdəsindən gələ bilmir.

Manaquada
(Nikaraqua) aparılan oxşar tədqiqatların nəticəsinə görə isə, zorakı münasibətə
məruz qalan qadınlar digər qadınlara nisbətdə 46% az gəlir əldə edir. Çünki,
onlar tez- tez iş fəaliyyətini 
dayandırmalı və ya iş yerlərini itirməli olurlar.

Problemə
konseptual yanaşma sərgiləmək üçün,  ilk
növbədə qadınlara qarşı zorakılığın yaş mərhələləri üzrə xüsusiyyətinə[1] nəzər yetirək.

       Bütün həyat mərhələlərində
qadınlara qarşı zorakılığın xüsusiyyətləri
1 Körpəlik Hamiləlik dövründə qız uşaqlarının abortu, yeni
doğulmuş qız uşaqlarının öldürülməsi, mənəvi və cinsi həqarət, qida və tibbi
yardıma  qeyri-bərabər imkanlar.
2 uşaqlıq Erkən nikahlar, qadınların cinsi orqanlarında
onları şikəst edən əməliyyatlar, qohumlar və yadlar tərəfindən cinsi
zorakılıq və psixoloji rişxənd, ələ salma, qida və tibbi yardıma qeyri bərabər
imkanlar, uşaq fahişəliyi və pronoqrafiyası
3 Yekinlik yaşı Sevdiyi və gorüşdüyü şəxs tərəfindən goruş  zamanı zorakılıq, qitisadi asılılıq
imkanlarından istifadə edərək cinsi münasibətlərə təhrik etmə, cinsi toxunulmazlıgının
pozulması, inset, zoralama,iş yerində seksual təhrik, ər tərfindən arvadının
zoralnamsı, məcburi fahişəlik və pronoqrafiya, qadın alveri, məcburi hamiləlik.
4 Reproduktiv yaş əri və ya portnyoru tərəfindən zorakılıq, ər tərfindən
arvadının zorlanması, cehizə görə qəddar münasibət və öldürmə, partnyorun
öldürülməsi, pisxoloji rişxənd, iş yreində seksual təhriklər, seksual
toxunmalar, zorlama, məcburi fahişəlik və pornoqrafiya, qadin alveri, əlil
qadınlara qarı sui istifadələr.
5 Ahıl yaşda Seksual 
toxunmalar, psixoloji rişxəndlər, fiziki zorakılıq.

Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən cinsi partnyor tərəfindən edilən zorakılıqla
bağlı  müəyyən edilmiş anlayışda deyilir:
“cinsi münasibətlər çərçivəsində 
yaşayan tərəflərdən birinin digərinə qarşı törətdiyi  fiziki, psixoloji və seksual davranış
zorakılıqdır. Belə davranış növlərinə aşağıdakılar  daxil edilə bilər:

  • fiziki
    təcavüzün formaları- şapalaqlar, zərbə, yumruq, təpiklər və döymə, öldürmə;
  • psixoloji
    zorakılıq — qorxutmadır və daimi alçalmadır;
  • məcburi
    cinsi əlaqə və seksual məcburiyyətin başqa formaları;
  • nəzarət
    edən davranışın müxtəlif təzahürləri- məsələn ailədən və dostlardan təcrid etmə,
    hərəkətlərin (nəzarət) idarə edilməsi, yardım və məlumata çıxışın məhdudlaşdırılması”.

Psixi
sağlamlıq

 Avstraliya,
Nikaraqua, Pakistan və ABŞ –da zorakılığa məruz qalmış qadınlar arasında
aparılan  tədqiqatların nəticələri göstərir
ki,  belə qadınlar depresiyadan daha çox əziyyət
çəkir, onlarda həyacan və fobiyalar üstünlük təşkil edir. Qeyd edilən tədqiqatın
nəticələrinə görə əri və partnyoru tərfindən zorakılığn müxtəlif formaları ilə
üzləşmiş qadınlar inithara və özünəqsdə meyillik üzrə yüksək risk qrupuna
daxildir. 

Fiziki
sağlamlıq

Göründüyü kimi fiziki zorakılıq ağır xəsarətlərə –
göyərtilər, çapıqlar, zədələrlə yanaşı, əmək qabiliyyətsizliyi və ölümlə  nəticələnə bilər.  Müxtəlif ölkələrin Milli tədqiqatlar
instutularnın əhali arasında aprdığı araşdırmalara görə, 40-72% fazi qadın  həyatının müxtəlif dövrlərində, əri və
partnyoru tərfindən fiiki zorakılığa məruz qalır. Fiziki zorakılığa məruz
qalmış 43% qadın aldığı zədələrdən Tibb müəsissələrinə müraciət edir, 50% qadın
isə aldığı zədələrə görə müvəqqəti əmək fəaliyyətini dayandırır.

Zorakılıq
zəminində qazanılmış xəstliklər[2]

Zorakılığın
sağlamlığa təsiri.

Geniş həcmli
elmi araşdırmalar göstərir ki, əri tərəfindən zorakılğa məruz qalan qadınların
sağlamlığında ciddi problemlər olur. Zorakılığın təsirindən yaranan neqativ
hallar sağlamlığa dərhal və ya müəyyən müddətdən sonra öz təsirini göstərir.
Aşağıdakı cədvəldə xəstəliklərin məcmusu diqqətinizə çatdırlır. Tədqiqatlar
göstərir ki, uşaqlıq dövründə və ya sonralar 
zorakılğa məruz qalmış qadınların sağlamlığında mövcud olan problemlər,
digər qadınlara nisbətdə daha çox üstünlük təşkil edir.

Onlarda:

fiziki fəaliyyətin
pisləşməsi;

psixoloji
əmin-amanlıq;

zərərli
vərdişlərin qazanılması, məsələn siqaret çəkmə, alkoqoıa meyillik, markotik
asılılığı kimi vərdişlər gələckdə qadının sağlamlığına daha pis təsir edə bilir;

Cinsi
portnyoru tərfindən zorakılıq görmüş qadınların sağlamlığına dəyən zərər
Fiziki Qarın
boşluğunun və döş qəfəsinin travmaları
Göylər
və çapıqlar (tikiş yerləri)
Xroniki
ağrı sindromları
Əmək
qabiliyyətinin itirilməsi
fibromioma
Sınıqlar
Mədə
bağırsaq pozuntusu
bağırsaqların
qıc olma sindromu
açıq
yaralar və sıyrıntılar
Görmənin  və eşitmənin pisləşməsi
Fiziki
fəaliyyətin məhdudlaşması
Cinsi
və reproduktiv təsiri
Sonsuzluq

Gnikoloji
xəstəliklər
Çanaq
hissəsində iltihamblı proseslərin getməs
Hamiləlik
dövründə ağırlaşmalar və ya uşağın düşməsi
Cinsi
disfunksiya
Cinsi
yolla ötürülən xəstəliklər o cümlədən HİV/AİDS
Təhlükəli
və fəsadlı abortlar
Arzuolunmaz
hamiləlik
Psixoloji  amillər və davranış tərzi Alkoqoldan
sui-istifadə və narkotikə meyillik
Depressiya
və həyəcan
Qidalanmanın
və yuxunun pozulması
Utanc
və günah hissi
Fobiyalar
və dəhşətli nasazlıqlar
Fiziki
laqeydlik
Aşağı
özünü qiymətləndirmə
Posttravmatik
stress
Psixosomatik
nasazlıqlar
Siqaret
çəkmə
Inithara
meyillik və özünə zərər yetirmə (qəsd)
Təhlükəli
seksual davranış ( qorunmamış)
Ölümlə nətcələnmə AİDS-dən
ölüm
Hamiləlik
və doğuş zamanı ölüm
Qətl
Özünə
qəsd, intihar

Hamiləlik dövründə baş verən zorakılıq yalnız
qadını deyil, ana bətnində olan uşaq üçün də ciddi fəsadlar törədə bilir.
Kanda, Çili, Nikaraquada əhali arasında aparılan sorğuların nəticəsinə görə,
6-15% qadınlar hamiləlik dövründə cinsi və fiziki zorakılığa məruz qalmışlar.
ABŞ-da aparılan tədiqatların nəticəsinə görə isə, hamiləlik dövründə zorakılığa
məruz qalmış qadınlar 3-11% yaşlı qadınlar, 38 % isə aztəminatlı yeniyetmələr təşkil
edir. Hammiləlik dövründə baş verən zorakılığı nəticələri aşağıdakı kimi qeyd
edilir:

  • Uşaq
    salma (düşmə)
  • Tibbi
    yardıma məcburi  müraciət etmə (
    mütamadi tibbi müayinədən keçməmə)
  • Ölü
    uşağın doğulması;
  • Vaxtında
    əvvəl doğuş;
  • Dölün
    zədələnməsi;
  • Dünyaya
    gətirilən uşağın aşağı çəkidə olması.

Azərbaycanda məişət zorakılığının fəsadlarından  hökumət büdcəsi nə qədər zərər çəkir?

Məişət
zorakılığının formaları – fiziki, psixoloji, iqtisadi və cinsi formalarına diqqət
etməklə, bu cinyətin daha hansı cinayətlərin 
yaranması, formalaşması və genişlənməsi 
ilə yanaşı, onun hansı təsrilərə mailk oldğunu, əhatəsini, ölkəyə
vurudğu iqtisadi dəyəri  az da olsa
araşdıraq.

Bəlkə də,
bu fəsadları kifayət qədər diqqətdə saxlamadığımızdan, biz problemin əhatə darəsini
real qiymətləndirə bilmirik. Problemin əhatə dairəsinə diqqət edək.

Məişət zorakılığının fəsadaları:

  • Şikəst olmalar, fəaliyyətsilik;
  • Əlliklə bağlı müavinatlar;
  • Küçəyə atılan qadınlar və uşaqlar;
  • Boşanma, əmlak və aliment problemləri;
  • Uşaqların psixi durumu;
  • Küçə uşaqları problemi;
  • Uşaqların istismarı;
  • Məhkəmə, həbs, cinayət aləminə daxil olma;
  • Ölüm halları;
  • Səxsiyyətin deqradadsiyası;
  • Təhsildən yayınma, savadsızlıq;
  • Qeydiyyatsız uşaqlar, qadınlar;
  • Erkən nikahlar;
  • Uşaq və ana ölümü;
  • Fahişəlik;
  • Insan alveri;
  • HİV/AİDS
  • Psixoloji travmalar
  • İntihar və intihara cəhd halları
  • Qadınların sağlamlığında problemlər
  • Fiziki zorakılıq zamanı alınan zədələr (şikəstlik)
  • Qadınların hamiləlik zamanı keçirdiyi stresslər nəticəsində
    xəstə doğulan uşaqlar
  • Şəxsiyyətin deqradasiyası – yeni keyfiyyətlər: iki
    üzlülük, yalan, yaltaqlıq
  • Qadın və uşaqların küçəyə atılması
  • Zorakılığın əks təsiri (qadın və uşaqlar tərəfindən)
  • Öldürmə
  • Istehsala dəyən zərər.

Psixoloji
mənəvi zorakılıq: xarakterin deqradasiyası- yanalan, ikizülülük, qorxaqlıq, şəxsiyyətin
ikiləşməsi,

zərər çəkmiş
çəxslər üçün çəkilən xərclərin dəyəri:

*

  • Sığınacaq binası, işçi personalı, geyim, qida  və s. üçün xərclər;

*

  • Mərkəzlər və onlara çəkilən xərclər;

*

  • Tibb personlaının əmək haqqı və dərman
    pereparatları;

*

  • Polis işçiləri üçün təlimlər, yeni personalın təşkili,
    bina, avadanlıq, onların əmək haqqı və s;

*

  • Məhkəmə işçiləri üçün təlimlər, əmək haqqı və s;

*

  • Əmək və Əhalinin sosial müdafiəsi işçiləri üçün  tədbirlər və əmək haqqı;

*

  • Ədliyyə Nazirliyinin pentensiar xidmətndə cəzaçəmə
    müəssisələrində məhbuslara çəkilən xərclər;

*

  • Evdən atılmışlar üçün reinteqrasiya xərcləri ( kirayə
    xərcləri  və digər);

*

  • Uşaqların ehtiyac və qayğıları üçün proqramlar və s

*

  •  

Qeyd
edilən fəsadlar deqiq hesablanarsa bu Azərbaycan Respublikasının büdcəsinə
kifayət qədər zərər dəydiyini subuta yetirər. Hesablanmış iqtisadi zərər hökumətin
qadına qarşı baş vermiş zorakılığın qarşısını almağa daha dəqiq startegiyalar
hazırlamasına təkan verər.

Bütün
dünyada bu hesablamalar daha çox  istehsalla
bağlı hesablansa da, milli və mənəvi dəyərlərə daha çox önəm verən ölkəmiz əksinə
olaraq  məişət zorakılığı zəminində dəyərlərimizə
vurulan zərbənin də iqtisadi tərəflərini ölcəcəyinə əminəm.

Çünki,  Hər
dəfə evdə öldürülən bir qadın gördükdə, dəyər sistemimizdə qırılan bir zəncir
görürüm


[1]
http://www.unicef-irc.org/publications/pdf/chapt-5_rus.pdf

[2]
http://www.who.int/violence_injury_prevention/violence/world_report/en/full_ru.pdf

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/zorakiligin-qiym%C9%99ti">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir