Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.

Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən… qadınlar arasında istifadə edilən bu deyim çox məna daşıyır.  Əslində niyə yalvarmaq? Nə üçün yalvarmaq… Qadının kişiyə yalvarma ənənəsi nə vaxtdan başlayıb?  Kişi yarvartmaqla qadın üzərində öz üstünlüyündən zovq almaqmı istəyib.

 Bəzən Azərbaycan qadınları elə vəziyyətlə üzləşir ki, şərait onların istəyinin elyhinə gedir.  Bu şəraiti yaradan səbəblər müxtəlif ola bilir. Lakin bir həqiqət var ki, “qurbanlar”- baş verənlərdə öz iştirakını, yəni davranış, həyat tərzi,  jestlər və düşüncədən irəli gələrək “cəza”landıqlarının fəlsəfəsilə qətiyyən razılaşmır. Onlar “Nə üçün? Hansı günahalara görə? Niyə mən?” – deyərək, suallar verir. Bu qurbanların düşüncəsinin məhsulu və əlamətidir. Sevgilisi tərəfindən atılmış qızlar oğlana yalvarmaqla, yenidən sevgi qazanmağı, əri tərəfindən atılmış qadın yalvarmaqla ailəni zorla saxlamağı, övladlarının ehtiyacını ödəməyən ataya yalvarmaqla uşaqlara baxmağı, ataya, qardaşa  hər hansı məsələ üçün yalvarmaqla istəklərini reallaşdırmağı, işdən çıxarılmaq məsələsi gələndə, müdirə yalvarmaqla işdə qalmğı, əmlak bölgüsü, alimentin ödənilməsində, nəqliyyat xərcləri, adi geyim, bəyəndiyi əşyanı əldə etmək üçün yalvarmaq və gözləməklə “yaşamaq” ənənəsi var qadınlarmızın. Yalvarıb gözləmək kimi yanlış addımlar əsrlərdir ki, qadınların iqtisadi azadlığını əlindən alıb.

Axı qadınlar niyə yalvarır?

     Ağlamaq(yalvarmaq) həm də itaət etmək anlamı verir. Mən, sənə itaət edirəm, sənə sitayiş edirəm deməkdir. Əslində göz yaşlarının və yalvarmağın mesaji budur. Latınca familia(ailə) – bir kişiyə aid olan qadın, uşaq və kölələrin cəmi deməkdir. Əgər psixoloji aspektdən məsələyə nəzər saldıqda, ailə münasibətlərinin köləliklə asossasiyası alt şüurümuzun yaddaşında “ilişib” qalmış qalıqlarıdır. Kişinin həyat yoldaşı və övladları ilə münasibətində, iqtisadi asılılıq yaratması şüuraltı “yaddaşın” məsuludur. Ağa və nökər, quldar və qul münasibətləri ailə münasibətlərində mövcud davranış qaydalarıdır.

Lakin sitayiş müqddəslərə də edilir. O halda, kişini müqəddəsləşdirmək eyni zamanda pərəstiş edirəm anlamı da verə bilər. Nədən kişilər bu ilahi statusdan imitna edərək, hökmüranlığın qəddar formasını seçir. Axı pərəstiş sitayişə, sitayiş isə itaətə gətirir. Burda qorxu yox, sevgi itaət etdirir. 

Digər bir hipotezə baxaq. Kişi bioloji olaraq sevir. Bioloji sevgi dəyişkəndir. Kişinin bioloji və psixoloji ölcülərinin qadından fərqi budur. Kişi boloji və psixoloji düşüncəsi ilə qadının da dəyişməyə meyilliyindən qorxur. Qorxunun biruzə verilməsi kişi üçün yol verilməzdir. Çünki, kiçik yaşlarından oğlan uşaqlarına deyirik – kişi qorxmaz, kişi qorxaq olmaz. Lakin biz anlamırıq ki, qorxu insana xas bir xüsusiyyətdir və onun cinsi ola bilməz. Ötürdüyümüz bu fikir oğlan uşağında insana xas olan emosiyaların “öldürülməsi” ilə nəticələnir. Normal emosianal hala qarşı çıxılması, təbii tarazlığın pozulması ilə  nəticələnir və “bağışlanmır”.

Yazıya pozu yoxdur…

Əsirlərcə bizə deyirlər, yazıya pozu yoxudr. Alın yazımızda nə yazılıb o da olmalıdır. Amma alın yazısına əlavə yazdıqlarımızı da pozmuruq. Sterotiplərimiz  və ənənələrimizlə. Bir məsəl də var, analar qızlarına “ananın günü qıza borcdur” deyərlər. Yəni ana nə qədər əzablı, kəşməkeşli yaşayacaqsa, mütləq qızı da o həyatı yaşayacaq.  Ana döyüləcəksə, qız da gəlinlik həyatında döyüləcək, söyüləcək, ələ baxacaq.  Anam hərdən həyatından danışanda deyir, işləyib əmək haqqımı son qəpiyinə kimi dədənə ( babama) verərdim. Özümə bir corab da almırdım. Bu əslində ailə büdcəsinin birgə idarə edilməsi anlamına gətirir. Eyni zamanda hörmət əlamətinin nümayişidir, böyüyə, ailəyə hörmət. Qazanılmış əmək haqqıda ailənin haqqının tanınması. Lakin, nə babam, nə nənəm bir dəfə soruşmrudu bəlkə gənc qadın olaraq onun bir istəyi və ya ehtiyacı  varmı. Anam ömru boyu hamı üçün çaışdı. Hamının istəklərini yerinə yetirdi-babanın, oğulun, ərin, nəvənin. Lakin heç kim bir dəfə soruşmadı sənin nəyəsə ehtiyacın varmı? Səksən altı yaşlı anam bu gündə heç kimdən heç nə istəmir.

İstəyənin bir üzü qara, verməyənin iki üzü…

Kişinin üzünü qara etməzlər. Kişidən pul istəməzlər, bu qeyri-etikdir. Bu düşüncə və bu davranış qadının kişidən haqq hesab tələb etməsinə mane olan ən böyük sterotipdir. Qadın qazandığının hesabını verməlidir. Kişinin pulu sayılmaz da deyirlər bəzən. Kişinin pulu sayılarsa evin bərəkəti gedər. Bilmirəm bəlkədə bir mistik anlam var bu deyimlərdə. Amma fakt odur ki, bəzi hallarda kişilər bu sterotiplərdən və qaydalardan kifayət qədər bəhrələnirlər.

İqtisadi zorakılıq – qarşı tərəf üzərində (həyat yoldaşı və s.) nəzarət və hakimiyyəti bərqarar etmək üçün puldan istifadədir. Uşaqların saxlamasından imtina,  maliyyə qərarlarının sərbəst qəbulu, partnyorun hər hansı xərclərə görə pul istəməsi üçün süni şəraitin formalaşması, məhsulların alınması vaxtı qadının ehtiyaclarının nəzərə alınmaması, xərclərin hesabatının tələb edilməsi, gəlirlərin gizlədilməsi, ailə pulunun sərf edilməsi, işləməyə qadağa, işləməyə məcburetmə və qazanılmış əmək haqqından istifadəyə qadağa  və s. deməkdir.

Zorakılığın bu forması qanun pozmanın təyini altına düşmür və çox təhlükəlidir. O psixi, fiziki və cinsi zorakılığın cəzasız qalmasının ilkin şərtlərini yaradır, çünki qadın ərdən iqtisadi asılılı olaraq izlənir. İqtisadi asılılıq qadını xüsusilə zəif edir və ev zorakılığının ehtimalını yüksəldir.  

Yeməkdən ümid yaxşıdır deyib atalar.

Viktimologiya sözünün etimalogiyası yunan mənşəli olmaqla viktima – qurban, logos- elm deməkdir. Bu elm  təməldən  kriminalogiya elmində cinayət zəminində zərərçəkmişlərin  davranışının öyrənilməsi ideyası ilə başlamış  və kriminologiyada yeni bir tendensiya kimi inkişaf etmişdir. Lakin zamanla elmin bu sahəsi dəyişikliyə uğrayaraq yeni istiqamətlər müəyyən etdi. [1]

Qurbanlara dair elmdə iqtisadi zorakılığn qurbanları “Nə üçün? Hansı günahalara görə? Niyə mən?” –suallar verərkən baş verənlərdə öz iştirakını, yəni davranış, həyat tərzi, jestlər və düşüncədən irəli gələrək “cəza”landıqlarının fəlsəfəsilə razılaşmalıdırlar.

Yeməkdən ümid yaxşıdır deyərək gözləyənlər, Əli aşından da olur Vəli aşından da.

 İqtisadi zorakılıqdan fərqli olaraq zorakılığın digər formalarından hansısa yolla xilas olmaq mümkündür. Lakin sterotiplərə taınaraq, qul təfəkkürü ilə hər hansı ümidlə yaşayıb heç bir peşə, bacarıq əldə etməyənlər ömrünün sonuna kimi qul olaraq qalır.


[1] Ирина Малкина-Пых – Виктимология. Психология поведения жертвы.html

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/yalvarmaqdan-sozd%C9%99n-olduq-gozl%C9%99m%C9%99kd%C9%99n-gozd%C9%99n">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir