Sığınacaq haqqında məlumat

2002- ci ildən “ Təmiz Dünya “Qadınlara Yardım İctimai Birliyinin nəzdində çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyət göstərir. Bu illər ərzində sığınacaqda yüzlərlə qadın və uşaq yerləşdirilib və normal həyata qaytarılıb. Sığınacaqda yerləşdirilən şəxslər qida, geyim və s. məişət ehtiyacları ilə yanaşı, onlara hüquqi, psixoloji, tibbi yardımlar da göstərilir.
Təşkilat bəzi xidmətləri ( tibbi, sosial) dövlət imkanları vasitələri ilə həyata keçirir.
Bu illər ərzində çətin vəziyyətə düşmüş qadın və uşaqların normal həyata qayıdışına təşkilat yardım edib.

Son illər müraciətlərin sayı daha da çoxalıb. Buna səbəb ailədə baş verən münaqişələrdir ki, əksər vaxt qadınlar ərlərinin etinasızlığı və zorakılığından küçələrdə qalmalı olur. Belə hallarda onların körpə uşaqları da həmin vəziyyətə düşür. Təşkilat olaraq həmin qadın və uşaqları öz himayəmizə götürür və onların cəmiyyətə inteqrasiyasını həyata keçiririk.

Butun qeyd edilənlərlə yanaşı bildirmək istəyirik ki, bu cür müraciətlər zamanı yardım alan şəxslərin kifayət qədər ehtiyacları ilə üzləşirik. Bu ehtiyacların həllində Sizin dəstəyiniz olduqca əhəmiyyətlidir.

SIĞINACAQ XİDMƏTLƏRİ:

24 saat xidmət
30 nəfərlik yer
24 saat xidmət
30 nəfərlik yer
Hüquqi yardım
Psixoloji yardım
Tibbi yardım
Peşə reabilitasiyası
Uşaqların təhsilə bərpası
Peşə kurslarına istiqamətləndirmə
Qida və geyim

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/siginacaq-haqqinda-m%C9%99lumat">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir