Ramzan Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışladı

2017-ci il dekabrın əvvəlində Kərbəlaya getmək üçün sənədlərini hazırlayıb Suriyaya yola düşüb. Kərbəla ziyarətindən qayıdanda üç azərbaycanlı qadınla tanış olub. Qadınlar ona kömək etmək adı altında aldadaraq Gədəbəy rayonuna gətirmiş, qadın yatdığı zaman onun sənədləri,  300 ABŞ dolları məbləğində pulunu, bir cüt briliant sırğasını götürmüş, özünü isə yolda atıb qaçmışlar. Mədinə Əliyeva tanımadığı şəxsin köməkliyi ilə Goranboy rayonuna gəlmişdir, yol kənarında oturduğunu görən polis işçiləri onunla maraqlandıqda başına gələnləri polis əməkdaşlarına danışmışdır.  Goranboy rayon Polis İdarəsi tərəfindən qadın zəruri geyim  əşyaları və qida ilə təmin olunmuş, daha sonra isə araşdırılma aparıldığı müddət ərzində “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yönləndirilişdir. Bu barədə mətbuata, Rusiya Səfirliyinə məlumat verildi. Mətbuatda qadının yaşı və Azərbaycanda aldadılaraq pulunun mənimsənilməsi ictimaiyyətdə böyük rezonans doğurmuş, məsələnin həlli ilə bağlı Daxili İşlər Nazirinin müavini bilavasitə maraqlanmış, qadının həqiqətən çeçen olması faktının, eyni zamanda sağlamlıq vəziyyətinin araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşı  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə gəlmiş tibbi ekspert qadını müayinə etmiş, eyni zamanda araşdırmalar üçün müvafiq izahatlar alınmışdır.  Mətbuatda işıqlandırılan mövzu Rusiya mətbuatında da öz əksini tapmış, məsələ ilə birbaşa Çeçenistan Respublikasının prezidenti  Ramzan Kadırov maraqlanmışdır. Qadının əslən haradan olmasının araşdırılması, sənədlərinin bərpasına dair Çeçenistanın Prezidenti Ramzan Kadırov tərəfindən verilən  xüsusi tapşırıq  nəticəsində məlum olmuşdur ki, qadın 29 mart 1914-cü ildə Rusiya Federasiyasının Dağıstan Respublikası Ayasya vilayətində anadan olub. Rusiya səfirlyiinin köməkliyi və dəstəyi ilə qadının sənədlərinin bərpasına nail olunmuş, qadın  Rusiya Səfirliyinin əməkdaşının müşayəti ilə Rusiya Federasiyasına aparılmışdır. Hal-hazırda Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov tərəfindən qadına ev verilib, qulluqçu təyin edilib.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/ramzan-kadirov-104-yasli-m%C9%99din%C9%99-%C9%99liyevaya-ev-bagisladi">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir