Qadına bədənini yox beynini satmağı öyrədək!

 Müxtəlif mövzular var ki, bu mövzulardan
danışmaq yox susmaq məsləhət görülür. 
Bunlardan biri də fahişəliklə bağlıdır. 

Fahişəliyin
tarixindən yazan çox olub. Hətta Azərbaycan jurnalitsləri ara-sıra qədim tarixi
mənbələrə  belə istinad edib. Fahişəliyə
mütəxlif adlar veriblər: sosial bəla, əsrin vəbası, şər və s.

Fahişəliyə
sosial bəla kimi baxanlar onu daha çox iqtisadi amillə bağlayır və işsizlik,
kasıbçılıq kimi amilləri daha çox qabardır. 
Bu yanaşmada müəyyən mənada fahişəliyə bəraət verənlər də olur. Yəni,
qadın kasıb olduğu üçün əlacsızlıqdan bu peşəni seçməli olub.

Fahişəliyə
vəba kimi baxanlar – bu kateqoriya insanları məhv  və  yox
etməyi təklif edir.

Fahişəliyə
şər qüvvə kimi baxanlar isə ümumən qadına münasibətdə mənfi yanaşmanı sərigələyir.

 Fahişəlik (latın sözü olub – prostituo-dan –
biabır edirəm, ləkələyirəm) –dən götürülüb. Anlamı, nikahdan kənar, təsadüfü
seksual münasibətlərdə olma, pullu ödəniş əsasında, səxsi simpatiya və meyl
olmadan  intim əlaqəyə girməkdir. Tipik əlaməti,
müxətlif pratnyorlarla ( müştərilərlə) ödəniş haqqında ilkin razılıq əsasında
baş verir. Əsasən tək gəlir mənbəyi bu peşə sahəsində əldə edilir.

Bu
yazımda, problemə sosial problem deyil,  daha çox psixoloji problem ynaşması ilə diqqətinizi
məsələyə yönəltmək istəyirəm. Biz bütün məsələlərə yalnız iqtisadi amil
prizmasından yanaşdığımızdan bəsən onun köklü həllinə nail olmaqda çətinlik  çəkirik.

Məsələyə
iqtisadi amil aspektindən yanaşsaq, ilk növbədə qeyd etməliyik ki, fahişəliklə
məşğul olanlar yalnız kasıb deyil, varlı qadınlar da bunu  peşə seçir. İkinci tərəfdən, minlərlə qadınlar
var ki, aclıq keçirir, lakin fahişəliyi peşə seçməyi ağıllarına belə gətirmir.
Demək, fahişəlik təkcə iqtisadi problem deyil, o həm də psixoloji problemdir.

Şəxsin həyati
problemlərinin həllində cinayətkar və ya fahişə olmaq seçimi, onun şəxsiyyətindən,
şəxsi keyfiyyətlərindən, o cümlədən dəyərlər sistemindən asılıdır. Biz həyatda
minlərlər qadın tanıyırıq ki, o sevmədyi şəxsin adicə ona toxunuşuna belə icazə
verməz, nəinki satılmağa. Əgər belə olmasayd yüksək dəyərlər hesab etdiyimiz-
ailə, sevgi, borc, etibarlılıq, sadiqlik kimi hisslər yox olub gedərdi.

Eləcə də
bir sıra insanlar var ki, onlar ağır zəhmət hesabına öz ailələrini saxlayır
amma cinyət yolu ilə qazanc əldə etməyi ağıllarına gətirmir. Demək məsələ heç də
iqtisadi amillə məhdudlaşmır.

Diqqət
etmisinizmi fahişələrə “ nə üçün bu  yolu
seçcdin” sualına tam oxşar cavablar alınır. Eyni tarixçələrin təkrarlığı isə
problemə fərqli yanaşmanın ortaya qoyulmasını tələb edir. Çünki bir səbəb bu qədər
kütləvi ola bilməz.

15  il əvvəl, bir nəfər qadınla danışdım. O ilk dəfə
müştəri ilə görüşünü belə təsvir etdi. “müştəri ilə görüşdən sonra hamama
girdim….. səhərə qədər bədənimi yusam da özümü dəhşətli şəkildə murdar hesab
edirdim. Bu gün də o hiss məni tərk etmir”. Həmin qadın bir daha pul üçün müşətiriyə
çıxmadığını dedi.

Bu gün
fahişəliklə məşğul olan qadınlarda bu hiss varmı?

Uzun
müddət apardığım müşahidələrə əsasən deyə bilərəm ki bizim ölkədə  fahişəlyik iki dövrə bölünür:

  • keçid
    dövürü və müharibənin fəasadlarından irəli gələn dövr;
  • Fahişəliyin
    dəyərlər sistemində normaya çevrildiyi dövr.

Birinci
dövrdən qısa bir məqama toxunub, ikinci dövrə nəzər salmağın vaxtı çatdığını
düşünürəm. Birinci dövr qeyd etdiyim kimi, müharibə, aclıq səfalət, isizlik,
kütləvi miqrasiya dövrü idi. Bu dövrdə yaşamaq üçün  mübarizə aparan qadınlar fahişəliy peşə  seçməli olurdu.

İkinci
dövrdə isə, vəziyyət tam başqadır. Bu gün əksəriyyət hec də övldaları uğrunda
fahişəliyi peşə seçmir. Gündəlik eyş- işrət, maşın, ev, yaxşı geyim üçün fahişəliyi
peşə seçənlər daha çoxdur. Bu faktdır.

Səbəb nədir?
Geyim və maşınla özünü təsdiqləmə, yoxsa bunun arxasında gizlənərək özünü
reallaşdırma? Bu qarşı cinsə tərəf etiraz yaxud qisasdırmı?

O alda
sual olunur niyə fahişəlik?

Psixoloji
sorğuların nəticəsi göstərir ki,  fahişəliklər
məşğul olan şəxslərin xarakterinde aqrresivlik, kobudluq, eqozim, bayagılıq, öz
sosial statusuua maddi meyarlarla ölçmə müşahidə edilir. Belə insanlarda
deperssivlik, özünü qiymətləndirmə hissinin aşağı olması, keyfiyyəysizlik, əhəmiyyətsizlik,
asılılıq kimi xarakterik xüsusiyyətlər üstünlük təşkil edir. Özünə
qeyri-eminlik hissi onlarda aqresiyanı gücləndirir ki, bunun da kökündə
özünümüdafiə dayanır. Təmteraqlı həyata düşməsinə baxmayaraq, həyata özünü təsdiq
edə bilməyən bu qadınlar ciddi asılılıq məngənəsi  düşməsi əslində onlar üşün dəhşətli faciədir.
Bu faciədən qacmaq üçün isə, bütün qadagaları aşmağa hazırdırlar. Onlar daha
tez  və daha çox əldə etməyə üstünlük
verir.  Fahişələrin psixoloji portretine
diqqət yetirsək görərik ki, İfrat dərəcədə sərbəstlik təsiri yaradan bu
insanlar ətraf  faktorlardan olduqca
asılıdır. Bu əsasən onların ilkin intim həyatı ilə də bağlı ola bilir. Bayağılıq,
söyüş söymək, yerli yersiz hərkətlər, qarşısındakının düşüncəsinə hörmətsizlik
kimi xarakterik  xüsusiyyətlər fahişələrin
portretində əsas yer tutur. Bu da özünü təsdiq üçün edilən qeyri-şuru psixoloji
addımdır.

Qayıdaq
ilkin intim həyata. Qadına qarşı kobud davranış, diqqətsizlik, kobudluq, biganəlik
nümayiş etdirən kişi bu davranışı ilə qadının daxilində mövcud olan sevgi,
qaygı, sadqilik, etibarlılıq kimi hissləri məhv edir, onun yerini qisas hissi əvəzləyir.  Qisas isə, özünü üstünlüyü və əvəzsizliyi ilə
öyünən kişinin başqası ilə əvəz edilməsidir. Bu tip qadınlar əzilmişlərdir.
Hissləri və sevgisi daşa dəyənlərdir.

F. deyir
ki, nə vaxtsa mənim bu peşə ilə məğul olacağımı desəydilər ağlıma belə gəlməzdi.
Həyat yoldaşım, işləmirdi. Ev yiğışdırır ailəni saxlayırdım. O isə bütün günü
yatır, evlə maraqlanmırdı. İşdən evə gələndə bazarlığın daşınmasına belə yardım
etmirdi. Bir gün qonşuda bir qız bizə gəlib getməyə başladı. Sözün düzü şübhələnmədim.
Çünki, çox gənc idi. Gəlib saatlarla oturar söhbətləşərdi. Mən mətbəxdə olanda
isə yoldaşımin yanında oturur onunla nə barədəsə danışırdı. Heç fikir
vermirdim. Bir gün işdən gələndə evdə qəribə səslər eşitdim. İçəri girəndə
gözümə inanmadım.. Mənim ərim və qonşu qız. Qız mənə dedi ki o mənimlə evlənəcək.
Həmin gün evi tərk etdim. Onun acığına qarşıma çıxan bütün kişilərlər görüşdüm.
Hər gün..

Digər
tip qadınlar da var ki, onlar artıq az yaşından fahişəliyi peşə seçəçəyi barədə
qərar qəbul edəndir. Onlar TV-də, internetdə, qezetdə, dostlarının danışdığı
sohbətdə, seksin verdiyi qeyri adi hissin nağılları ilə böyüyənlərdir. Onlar
başqa nağıl eşitməyib. Çünki, ətrafında olanların həmin nağıllardan xəbəri
yoxdur. Onlar məqsəldərinə çatmaq üçün kiçik yaşlarından bütün detalları işləyib
hazırlamış olurlar. Bu məqsəd isə, dediyim kimi, gözəl şəhərlər, geyim, maşın,
ev və s olur. Qadın, bədəninin ona cox gəlir gətiə biləcəyini düşündüyü andan
fahişəyə çevrilir. Hər dəfə bədnini daha baha satmaq istəyi onun həyatda özünü
təsdiqi ilə müşayiət olunur.

R.
sığınacağa daxil olanda  16 yaşı var idi.
Anası onu yola vermirdi. TV-lərin birinə gedib çıxan R.- anasının ona qarşı
etdiyi zorakılıqdan şikayətlənmişdi. TV-öz tərəfindən hadisəni çəkərək efirdə
göstərmişdi. R. TV tərəfindən, sığınacağa istiqamətləndirilmişdi. Sığınacaqda
qaldığı müddətdə R. Anası ilə söhbət aparıldı. Ana R.-nın qeyri-əxlaqi davranışa
mailk olduğunu və heç cür yanaşma onun davranışının dəyişmədiyini bildirdi.
Baxmayaraq  R. sığınacaqda qaldığı müddətdə
mütəxəssislər  tərəfindən yardım almışdı,
lakin heç cür davranış dəyişikliyinə adaptasiya olmurdu. Nəhayət sığınacaq işçiləri
onu ailəsi ilə barışdırmağa nail olub, evinə qaytardı. Bir müddətdən sonra ana
zəng vurdu ki, R. gecələr evə gəlmir. Daha sonra, onun bir kafede fahişə işələdiyini
öyrəndik. Yardım təklif edilsə də imtina etdi. Böyük bacısı ilə bu peşəni əvvəldən
planlaşdırıdığını dedi. Fahişəliyin gəncləşməsi, qız uşaqlarının fahişəliyə
norma kimi baxması, buna şurlu şəkildə hazır olması artıq bu davranışın kütləvi
psixoloji hala keçməsinin göstəricisidir.

Yeri gəlmiş,
bir məsləyə də toxunum… Siz hec seksin, narkotik asılılığı kimi asılılıq
yaratdığını düşündünzmü? Bu qadınlar məhz narkotik istifadəçiləri kimi, seksdən
asılılığa da düşür. Gündə çox müxtəlif və tanımadıqları insanlarla intim əlaqəyə
girənlərin asılılıq içində yaşadığı barədə heç kim yazmır. Əminəm ki nə vaxtsa
bioloqlar bu məsləni də müzakirəyə çıxsracaqlar. Bu da bir psixoloji və biolji
haldır ki, problemin araşdırılmasında mühüm cəhət kimi diqqət mərkəzində
saxlanılmalıdır.

L. nsan
alveri qurbanı olmuşdu. Turkiyədə istismar edildiyi zaman, gündə 7-12 müştəriyə
çıxarıldığını danışırıd. Geri qayıtdıqdan sona bütün yardım proqramlarına
salınsa da fahişəlik etməkdən əl çəkmirdi. 
Bir dəfə söhbət zamanı, seksdən asılılığını gizlətmədi. Bu söhbətdən
sonra biz sorgu apararkən digərləri arasında söhbətlərdə əksəriyyətdə bu
asılılığı aşkarladıq.

Əgər
faişəliklə bağlı psixoloji aspektlərdə nəzər yetiririksə, fahşənin xidmətindən
istifadə edən bəzi kişiləri unutmamalıyıq. Bu faktdir ki, bir çox kişilər fahişələrin
xidmətindən pullu istifadədən çəkinmir əksinə bunu çox müsbət hal kimi qiymətləndirir.
Amma  kişilər bir məsələni undur.  Yanız pul xatirinə heç bir hiss və meyl
olmadan teklif edilən bədən ölü bədəndir. O halda, fahişənin bədənindən istifadə
edən kişinin intim munasibəti  meyitlə
cinsi əlaqəyə girmə ilə oxşardır.  Heç
bir duygu, hiss və s olmayan qadınla 
intim ehtiyaclarını odəyən kişinin hisslərində alicənablıq, duyguluq,
etibarlılır da  mövcud olmur.  O fahişə ilə istediyi kimi davrandığından,
fahişə də eynən ona qarşılıqlı cavab verir. Nəticədə fahişə xidmətdinən istifadə
edən kişi – adi meyitlə etmək istediyini həyat keçirir. Demək, kişilərdə  nekrofilliyə meyillik üstünlük təşkil etməyə
başlayıb.

Fahişəlik
dağıdıcı quvvəyə malidirk. Fahişəliklə məşğul alan qadın yanız özünü deyil,
bütün ətrafı məhv edir. O bütün dəyərlər sistemini, dağıdır, ali olan hissləri
yoxa çıxarır.

Bu təkcə
onların vasitəsi ilə deyil, onların övladları vasitəsilə davam edir. Gözünün
qarşısında anasının alçalmasını görən oğul, sabah bu qisası yerdə qoymur. Çünki
onun psixikası zədələnib. O bütün varlığı ilə, alçaldılan anası kimi
başqalarının da alçalması üçün əlindən gələni edir. Halqa sıxıldıqca nəsilədn nəsilə
ötürülür. Forma qalsa da məzmun çox təhlükəli vəziyyət yaradır. Məsələnin həlli
isə çox sadədir.  Biz, məslənin həllini təqib,
qorxu və həbslə yox, qadına qarşı şər qüvvə timsalında yox, onu məhv edən yox –
onu ayağa qaldıran, kütləvi psixoza son qoyan,  qadının dəyər verildiyi bir cəmiyyətə keçidlə
etməliyik. Qadına bədənini yox, beynini satmağı öyrətməyə start verməliyik!
Bunun üçün isə qadına daha çox dəyər verib ona hörmət etməyi öyrənməliyik.  Hər gün gecikirik! Vaxt isə hamımızıdan gedir.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/qadina-b%C9%99d%C9%99nini-yox-beynini-satmagi-oyr%C9%99d%C9%99k%EF%BB%BF">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir