Qadın azadlığının imitasiyası

Bu yazımı qadın azadlığına həsr edirəm. O azadlıq ki, hər gün bu barədə danışılır, mübahisə edilir, mübarizə aprılır və əslində isə ….

Əslində isə Azərbaycan qadınının azadlıq problemi var. Bu problem təkcə düşüncə, davranışla bağlı deyil. Bu ətraf mühit, cəmiyyət, icma, ailə və qadının özü ilə bağlıdır.

Azad qadın heykəli olan bir olkədə qadının azadlığı da,  elə o heykələ bənzərdir, qara paltarlı və donmuş vəziyyətdə…

 Səbəb? Səbəb cox sadədir. Donmuş qadın hərəktsizdir. O düşünmür, qərar qəbul etmir, davranışı ilə ətrafı lərzəyə salmır, təhlükəsizdir. Toplumun düşüncəsinə görə  azad qadın təhlükəlidir. Çünki, əgər o azad olarsa onu nəzarət və idarə etmək olduqca çətindir. Bunu heykəl belə duyur..

Nədənsə, kişilərdən fərqli olaraq qadın azadlığı ilə bağlı danışanda,  dərhal məsuliyyət anlamı yada salınır. Axı qadın anadır, bacıdır, qızdır, həyat yoldaşıdır. O kişinin -atanın, qardaşın, ərin, ogulun, kürəkənin, qudanın, əmioglunun, xaloğulunun, bibioğlunun, hətta qonşu kişilərin  də qarşısında davranışı ilə məsuliyyət daşıyır.

Qəribə paradoks odur ki, qadına verilən  azadlığın, mütləq şəkildə təhlükəli davranış mənəbiyinə çevriləcəyi ilə bağlı qənaət, bütün sosial təbəqlərdən olan kişilərin  rəyidir. Əgər qadına tam azalıq verilərsə… o mütləq kişinin papağını yerə soxacaq! Cünki, qadın azalığı sözü, seksual azadlıqla yozulur, asossasiya olunur.  Bu düşüncə tərzinin hardan qaynaqlanıdğını tapmaq çox cətindir. Fakt odur ki, ümumi düşüncə budur.

Amma qeyd edək ki, qadın azalığı dedikdə- düşüncə, fikir, söz, müstəqil qərar qəbul etmə, ictimai düşünmə, müstəqil gəlir əldə etmə və onu istədiyi kimi idarə etmə və s ilə bağlı da düşünmək olar. Təbii ki, düşünülsəydi.

Bir qism qadınar var ki, onlara  görə, qadın azalığının kökündə mütləq şəkildə iqtisadi müstəqillik dayanır. Yəni, əgər mən iqtisadi cəhətdən müstəqiləmsə, azadam, güclüyəm və idarə edənəm.  İdarə edən!!!

Azadlıq və  idarə etmək  anlamının nə qədər tərs münasib olduğunu deməyə gərək yoxdur.  Azadlıq idarə edilə bilməyən bir hiss, düşüncə,  psixoloji durum və davranışdır. Azadlıq fəlakət anlamı deyil, azadlıq düçüncə tərzi və insanın insan qarşısnda qarşılıqlı hörmətinin nümayişidir. Iqtisadi azadlığın tam azadlıq gətirməsi üçün ilk  növbədə  toplumun azadlıq haqqında düşüncəsində eyniliyə nail olmaq, sterotip və patrirxal düşüncə tərzindən azad olmaq lazımdır.

Bəs qadınlar özlərini azad hesab edirmi? Bu sualı sosial şəbəkə vasitəsilə qadınlara ötürdüm. Sual belə idi: qadınlar üçün azadlıq nədir? Qadınlar azad olmaq istəyirmi?

 Əvvəlcə baxaq görək qadınlar azadlıq anlamına nece rəy bidirib:

  • Qadın daxilən azad deyilsə, fiziki azadlıq onu rahat və xoşbəxt edə bilməz!;
  • qadın üçün azadlıq hmmmm….qadın da insandır, insana azadlıq, azad fikirləşmək, azad (şüurlu) hərəkət etmək, öz sözünü demək;
  • bu sozu hər qadın  öz anlayış səviyyəsinə gorə muəyyən edir;
  •  Ilk növbədə düsuncə azadlıgıdır;
  • Qadın azad olmalıdır…..Vəssəlam….;
  • Qadın ruhən azad olmalıdır. Təmiz düşünə bilməli, qərarlı addım atmağı bacarmalıdır. Bəzən qadınlar azadlıqla əxlaq yüngüllüyünü ayırd edə, fərqləndirə bilmirlər… Bəzi qadınlar düşünür ki, azadlıq heç kimə hesab verməmək, istədiyi kimi geyinmək, istədiyi addımı atmaq deməkdir… Mən heç bir zaman elə azadlığın tərəfdarı olmamışam. Heç bir zaman elə azad qadın olmaq istəmərəm…;
  • istəmədiyini eləməmək;
  • Qadın üçün azadlıq yersiz qadağaların, cinsiyyəti üzündən cəmiyyətdə ona qoyulan maneələrin olmamasıdır;
  • Ruhun azad deyilsə…azad ola bilməzsən!;
  • Şəxsən mənim üçün azadlıq, ruhumun azadlığı deməkdir. Sevdiyim insana inanmaq, güvənmək, və öz hisslərimi ona acanda mənim sarı sisimdə qəddarcasına çalmamaq və yaralarımı qanatmamaq deməkdir. Əgər mən insanı ürəkdən sevirəmsə mən azadam. əgər sevdiyim insana inanıramsa, ürəyimi hisslərimi ona etibar edirəmsə mən azadam. Mənim üçün azadlıq hisslərimin və ruhumun azadlığıdır:
  • Qadının azadlığı ailədə olan qarşılıqlı hörmətdən, anlaşmadan başlayir. Elə qadınlar var ki, onlar daima təsir altında olmaq istəyir. Bəlkə də bu bir xarakterdir.

Əslində səslənən fikirlər söz olaraq, azadlıq anlamı verə bilir. Lakin bu tam azadlıqdırmı?

Azərbaycan qadını tam azaddırmı? Düşünürəm ki, qətiyyən azad deyil.

Hətda təhsil və peşə karyerasında yüksəlmiş qadın  belə azad deyil. Çünki Azərbaycan qadını özü öz ağası deyil.

Qayıdaq  sosial şəbəkədə bu suala cavab verən kişilərin şərhinə….

  • Qadınlar heç bilir ki azadlıq nədir?
  • Qadınlar nə istədiyini əvvəl özu başa dushməlidir, sonra başqaları onun nə düşündüyünü tapmağa cəhd etsin!
  • Qadınlar azad olmaq istəmir. Qadın özünə hörmət qoyursa o azaddır.

Şərh bildirən qadınların hamısı təhsilli xanımlardır. Onların azadlıq haqqında düşüncələrində oxşar və  fərqli cəhətlər var. Bu cəhətləri təhlil etmədən öncə azadlıq nədir anlamına nəzər salaq.  

Azadlq sözunun etimaloqyasi müasir dünyamızda hüquqi aktlarla bağlı səsləndirilsə də, əslində  bu sözün ilkin mənbəyi qədim hindistan mənşəli   “svapati” sözündən alındığı, mənası “svo”-öz, “poti”-ağa demekdir. Yəni azadlığın ilkin anlamı öz-özünün ağası olmaq deməkdir.  Azadlıq sözünün ikinci mənşəyi isə rus mənşəli olub savoboda-dan götürülüb.

Azadlığa geniş anlamda yanaşsaq Azərbaycanda heç bir qadın azad deyil. Lakin müxtəlif profildən yanaşsaq, o halda qismən azaddır. Bilirəm qadınlarımız bu fikirlə bəlkə də razılaşmayacaq. Amma gəlin həqiqəti etiraf edək.

Biz özümüz  öz ağımızıqmı? Əlbətdə ki, yox. Öz ağamız olmadığımızı sübutla bağlı təhlilə bir azdan davam edəcəm. Amma indi bir neçə mətləbə toxunmaq istəyirəm.

Qadın azadlığı deyəndə kişilər –“yenə feministlik edirsiniz?” deyirlər. Qadınlar isə “yox biz feminist deyilik” deyə çevik cavab verir.

Feminizm latın sözü olub, femina – qadın deməkdir. Ictimai siyasi hərəkat olub, məqsədi qadınlara qarşı cinsinə, irqinə, yaşına, etnik mənsubiyyətinə, sosial statusuna görə tətbiq edilən ayrı seçkiliyi aradan qaldırmaqdır.

Böyük anlamda –cəmiyyətin bütün sahələrində  qadınların  kişilərlə bərabərliyinə nail olmaqdır. Dar anlamda isə,  qadınların kişilərlə bərabər hüquqa mailk olması üçün mövcud olan hərəkatdır. XVIII əsirdə təməli qoyulsa da, 1960-ci ildən daha aktiv bir mərhələyə kecid edib.

Feminizm ideya müxtəlifliyinə görə rəngarəngdir. Feminizm haqqında müfəssəl məlumatı olmayan kişilər onun əsasən bu növlərinə istinadən  fikir yürüdür.

Lezbi feminizmi, kişi feminizmi , radikal feminizm, separat feminizmi, amazon feminizmi, trans feminizmi.

Amma Feminizmin digər növləri- vumanizm (qadın), mənəvi feminizm, mədəni feminizm, liberal feminizm, fərdi feminizm, marksist feminizmi, maddi feminizm, yeni feminizm, post modern feminiz, psixo anlatik feminizm, “yüngül” feminizm, fransız feminizmi və  s. mövcuddur.

Kişilər qadın azadlığını dar mənada dəyərləndirir. Azadlıq onların düşüncəsinə görə ailədə qadının sərbəst şəkildə hərəkət etməsi, eyni zamanda onlarla bərabər hüquqa malik olması deməkdir. Bu səbəbdən də onlar qadının azad olmasını qəbul etmək istəmir və qadın azadlığını özlərinə məxsus şəkildə əlindən almağa çalışır. Kişiyə görə qadının azadlığı, onun özbaşınalığı kimi dəyərəndirilə bilər. Qadının ağası yalnız kişi (ata, qardaş, ər, oğul) ola bilər. Qadın özü öz ağası olarsa bu artıq özbaşınalıqdır.  Özbaşnalıq sırasına nələr daxildir: qadın öz qazancını sərbəst istifadə edərsə, ərindən, atasından, qardaşından əvəvl danışarsa, gecə evə gec gələrsə, icazəsiz hər hansı işə başlarsa və s. və s. Bu siyahını yazsam inanın ki, oxuyub qurtarmaq olmayacaq. Bütün bu qadağalar isə, mövcuddur. Yuxarıda azadlıqla bağlı fikir söyləyən bütün qadınların həyatında mövcuddur. Çünki, bu qadınlar gözünü açandan həmin qayda və normaları qeyri-ixtiyarı qəbul edərək, onu həzm etmişlər. Qadın heç vaxt, heç bir halda mən özüm öz ağamam demir. Bizim istənilən azad qadın, mən evdə məsləhətləşim qərarımı deyərəm deməkdən çəkinmir. 

 Azadlıqla davranış anlamını qarşıq salanlar da əksəriyyət təşkil edir. Məsələn, kişi psixoloqu ilə söhbət zamanı o belə yanaşma sərgilədi: “Mən ayrı-seçkilik edə bilmərəm, nə qadına, nə də kişiyə ifrat azadlıq heç lazım da deyil. Çünki bu sonda şəxsiyyət kimi aşınmaya, məsuliyyət hissinin itirilməsinə gətirib çıxarır.”

Qayıdaq qadının özünün öz ağası olması ilə bağlı hissəyə. Yuxarıda qeyd etdiyim kimi Azəryacanda qadınlar heç də özü öz ağası ola bilmir. Baxmayaraq ki, qanunverilikdə  kifayət qədər qadın hüquqlarına dair müddəalar var. Hələ mən, qoşulduğumuz Beynəlxalq Konvensiyaları saymıram. Demək, qadının özünün öz ağası olması üçün qanunvericilik aktları heç də kifayət deyil. Doğrudur bu cəmiyyətdə, qadın və  kişilərin hüquq  bərabərliyini tənzimləyir. Amma azadlıq təkcə, bu deyil. Əgər qadınlar bu hüquqdan yalnız, çıxlmaz vəziyyətə düşəndə istifadə edirlərsə demək bu O deyil.

Ümumiyyətlə, AZADLIQ sözü bizim ölkədə bir fobiya yaradan anlayışdır. Hamı qorxur ondan. Qadın ona görə qorxur ki, o azad olarsa çoxlu qınaqla üzləşəcək. Kişi qadının azad olmasından qorxur ki, azad olarsa onu bəyənməyəck.  Qadın azad olmaqdan qorxur ki, kişilər bu azadlığa görə onu qəbul edib, bəyənməyəck. Cəmiyyət özü öz ağası olan qadını qılıncalayacaq. Onu məhv edib əzəcək….

Bəs necə edək ki, qadın azad olsun?

Biz qız uşaqlarını evdən kənarda özünü fərqli apar mesajı ilə böyütməməliyik;

Biz qız danışmaz, səsi çıxmaz, mesajını səsləndirməməliyik,

Biz, qız yükü, duz yükü misalını unutmalıyıq,

Biz qız uşaqalrının  öz fikirini ifadə edə bilməsi və müstəqil qərar qəbul etməsi ənənəsini yaratmalıyıq.

Biz, qızı özbaşına qoysan ya halvaçıya gedər, ya zurnaçıya misalını dəftər kitabımızdan çıxarmalıyıq. Biz çox şey  dəyişməliyik. Biz azad qadın obrazını imitasiya edirik. Bu imitasiyadan imtina etməliyik.

Azad insan, azad qadın böyütmək üçün, onun 50 yaşa çatmasını gözləməmliyik. Körpəlikədən qızlara sən insansan, sənin azad ruhun var deməyi öyrənməliyik.

Biz artıq dərk etməliyik ki, azad qadın əslində daha müəkkəm varlıqdır. O azad olduğu qədər də məsuliyyətlidir. O bu məsuliyyət hissini dərk edərək, nə ailəsinə, nə icmasına, nə cəmiyyətə, nə də ölkəyə zərər gətiməz.

 Azad qadın qorxulu deyil, qorxulu, azad olmayan qadının daxilində mövcud olanlardı….

Mehriban Zeynalova.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/qadin-azadliginin-imitasiyasi">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir