“Polkovnik uşaqlara görə gündə 5 dəfə zəng edir” – Mehriban Zeynalova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi Bakıda valideynləri tərəfindən döyülərək ac saxlanılan 3 uşaqla bağlı araşdırma aparır.

Bu barədə AzVision.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib O, bildirib ki, işgəncəyə məruz qalan uşaqlar hazırda sığınacaqda saxlanılır.“Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov gündə 5 dəfə zəng edərək vəziyyətlə maraqlanır. Uşaqların anasını hələki görməmişik. Atası gəlmişdi. O, aciz, imkansız adamdır. Haradasa gün ərzində işləyir. Ananın gah işlədiyini, gah da işləmədiyini deyirlər. Uşaqları məktəbə yazdırıblar, amma sonradan tez-tez yaşayış yerlərini dəyişdirdiklərinə görə getməyiblər. Məktəbdən məlumat aldıq. Məktəb də bunları axtarırmış. Qadının doğum kağızı bizdədir. Nizami rayonu ərazisində qeydiyyatdadır. Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratamağa çalışırıq. Uşaqlar isə Sabunçu rayonunda qeydiyyatdadırlar”.

M.Zeynalova qeyd edib ki, ananı tapa bilsələr, onun hansı ərazidən müraciət edə biləcəyini müəyyənləşdirəcəklər.
“Qeyri-rəsmi nikah olduğuna görə ana müraciət etməlidir. Ata uşaqlarına soyadını verməyib. Ata il danışıb başa saldıq ki, uşaqları internat məktəbinə vermək lazımdır. O, uşaqları vermək istəmir. Uşaqlar da atalarını çox istəyir. Amma onları nəzarətsiz qoymaq olmaz”. 

Qeyd edək ki, Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncələr verməsi ilə bağlı məlumat yayılıb. Xədicə Mahirova adlı şəxs hadisə ilə bağlı yazıb: “Bacım işdən gələrkən, balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.

https://azvision.az/news/142120/polkovnik-usaqlara-gore-gunde-5-defe-zeng-edir-mehriban-zeynalova.htmlhttps://azvision.az/news/142120/polkovnik-usaqlara-gore-gunde-5-defe-zeng-edir-mehriban-zeynalova.html

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/polkovnik-usaqlara-gor%C9%99-gund%C9%99-5-d%C9%99f%C9%99-z%C9%99ng-edir-mehriban-zeynalova">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir