Oxumaq istəyirəm…

21 sentyabr 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sığınacağa yerləşdirilmişdir. Sığınacağa daxil olarkən onun artıq bir müddətdir ki, təhsildən yayındığı və özünə qəsd meüyllərinin olduğu aşkarlanmışdır. Usova Daridanın fərdi planı hazırlanarkən, onun xüsusi qabilyyətləri ön plana çməkilmiş, gözəl rəsm qabiliyyətinin, yaxşı hafizəsinin olduğu müəyyənləşdirilmişdir. Öncəki həyatında isə pis vərdişli insanların təsirinə düşə bilmək ehtimalı olduğu üçün o insanlardan təcrid edilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunaraq onun Binəqədi rayonu 246 saylı məktəb-liseyə qəbul olunması, təhsilə bərpasına nail olunmuşdur. Eyni zamanda təşkilat onun tibbi müayinədən keçirilməsini təmin etmişdir. 


2016-cı ilin dekabr ayında Usova Daridanın himayədarlığı ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin SƏDRİ Mehriban Zeynalova Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı ilə Usova Daridanın himayədarı təyin edilmişdir. Daridanın reabilitasiya və einteqrasiya planında rəssamlığa meyl etməsi və bu sahədə xüsusi qabiliyyətə malik olması ön plana çəkilmiş və təşkilat onun hazırlıq kursları ilə və rəssamlıq kursu ilə təmin edilməsinə öz dəstəyini göstərən xeyriyyəçi təşkilatlara müraciət etmiş, “Zirvə” hazırlıq kursu, “Persona”, “Art Life” kursu ilə danışıqlar aparılaraq bu kursdlarda pulsuz tədrisə cəlb olunması təmin edilmişdir. Sığınacaqda qaldığı müddət ərzində Darida pulsuz qida, geyim, zəruri gigiyenik vasitələrlə təmin edilmiş, mütəmadi olaraq pulsuz tibbi, hüquqi və psixoloji yardımdan istifadə etmişdir. Darida 2018-2019-cu il qəbul imtahanlarında 5 ixtisas qrupu üzrə imtahan verərək zəruri keçid balı toplamış, qabiliyyət imtahanlarından yüksk nəticə əldə etmişdir. Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri İncəsənət” ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. Təhsil haqqının ödənilməsi Sığınacaq imkanlarına sığmadığı üçün təşkilat, ələxüsus təşkilatın sədri Mehriban Zeynalova xeyriyyəçi insanlara müraciət edərək Daridanın təhsilinin ilk ilinin ödənişinə kömək olunması ilə bağlı xitab etmişdir.

Təşkilatın media vasitəsi ilə etdiyi müraciətlər cavabsız qalmadı. Artıq Daridanın iki illik təhsil haqqı ödənilmişdir.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/oxumaq-ist%C9%99yir%C9%99m">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir