Məşhur bloger qadın və uşaq sığınacağının fəaliyyəti ilə tanış oldu.

Dünən Uşaq və Qadın Sığınacağında oldum.
Həmsöhbətim Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri və həmin sığınacağın direktoru Mehriban Zeynalova Sığınacağa müraciət edən şəxslərdən və səbəblərdən, məişət zorakılığından və uşaq müdafiəsindən danışdı. Bundan əlavə ailə qurmaq istəyən gənc xanım və bəylərə məsləhətlər verdi. Buyurun izləyin, maariflənin və paylaşaraq maarifləndirin!

Düşünürəm bu video eyni zamanda övladlarını zorla ərə verən/evləndirən və ya uşaqlarına, ələlxüsüs qız övladlarına zülm, işgəncə, əzab-əziyyət verən məsuliyyətsiz və savadsız valideynlərə bir dərs, örnək olacaq.
Əfsuslar olsun ki, bu gün əksər qızlar ata evində hökm sürən ədalətsiz, dözülməz şərait və gərgin münasibətlərdən canının qurtarmaq və evi tərk etmək məqsədilə ilk gördüyü oğlanla nəyin bahasına olursa olsun ərə getmək məcburiyyyətindədirlər.

Sonda hər dəfə dediyim sözləri təkrar etmək istərdim: Ailə yalnız və yalnız qarşılıqlı məhəbbət və hörmət üzərində, valideyn müdaxiləsiz (ona evlənmək, buna ərə getmək, göbək/beşik kəsti, erkən və qohum nigahlar və sair) qurulmalıdır!
Bunları hətta Milli Məclisdə də demişəm

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/m%C9%99shur-bloqqer-qadin-v%C9%99-usaq-siginacaginin-f%C9%99aliyy%C9%99ti-il%C9%99-tanis-oldu">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir