Mənim ailəm mənim qalamdır….

Ailə ilə bağlı yazanda ingilislərdən bizə
keçmiş bir misal  “Mənim ailəm, mənim
qalamdır” deyimi yada düşür. Rusalr isə “özgə ailəsi qaranılıq meşəyə bənzər”
deyir.  Bu deyimlərə diqqət etdikdə ailənin
bir sirr olduğunu düşünürsən. Nədir o sirr? Ailədə baş verən hadislərin  qapalı qalmasımı, ya mistik bir fenomenmi?

Bu yazımda, Azərbaycan Respublikasının
Konstitutsiyasına, Ümumdünya insan hüquqları Bəyannaməsinə tapınaraq, onlara
hörmət prinsiplərini rəhbər tuturam. Lakin eləcə də, öz subyektiv və obyetiv
düşüncələrimi, müşahidələrimi də kənara qoymuram.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində,
o cümlədən beynəxlaq sənədlərdə ailə sirrinin yayan şəxslərin cinayət məculiyyəti
daşıması xüsusi vurgulanır.

Eyni zamanda, qeyd etdiyim sənədlərdə, bütün tərəflərin
bərabərliyi və haqqları tanınır.  Amma bu
sənədləri diqqətlə oxuduqda, ailə münasibətlərində sirr üçün əl yeri
qalmadığının fərqinə varırsan. Yəni, istənilən şəxs, ailə münasibətlərində baş
verən bütün hadisələri ictimailəşdirə bilər.

Porodoksdur deyilmi? O halda mənim ailəm mənim
qalamdır anlamı müasir dövrdə heç bir mahiyyət kəsb etmir. Elə insanlar da öz
davranışında bunu hər gün nümayiş etdirir. Məsələn kişilər qadınlrı haqqında,
qadınlar isə ərləri haqqında ailə münasibətlərində baş verən xoşa gələn və gələməyən
hadisələri müzakirə edirlər. İş o yerə çatıb ki, bu münasibətlər TV-lərin əsas
mövzu predmetinə çevrilib.

Yuxarıda
adlarını qeyd etdiyim sənədlərə başqa gözlə baxdıqda, daha çox qeyri-əxlaqi və
qeyri- insani münasibətlərin ailə sirri kimi qorunması anlamınına gəlinməsini qənaiti
məndə yarandı. Çünki, 
hələ məhkəmə tarixində sevgi və hörməti nümayiş etdirən bir prosesin
qapalı keçdiyini görməmişəm. Məhz o məhkəmə prosesləri qapalı keşir ki, orda
qeyri-əxlaqi və qeyri-insani münasibətlər baş verir və bu sirrin yayılmamsı
üçün hakimlər məhkəmənin qapalı keçməsi qərarını verir.  Təbii ki, cəmiyyəti müxtəlif neqativ və
qeyri- əxlaqi normlardan qorumaq üçün, bu cür hadislərin sirr qalması müsbət
haldır. Lakin, bu hadislərin təkrarlığının artması nədən xəbər verir? Əgər məsləyə
insan haqları kontekstindən baxsaq, o halda həmin sənədlər insan haqlarına hörmət
prinsipini təbliğ edir. Lakin, eləcə də qeyd edilir ki, bir şəxsin hüquqları
başlanan yerdə digərinin hüquqları bitir. Əslində məsləyə kompleks yanaşılsa,
onda qarışılıqlı münasibətlər toplusu fərdi münasibətlərlə əvəzlənir. Mən özümə,
sən isə özünə görə yaşamalısan. Mən edtiklərimə görə özüm, sən isə etdiklərinə
görə özün cavabdehsən. Bəs onda birgə ailə münasibətlərində hər kəs özünə
cavadehdirsə, demək qarşılıqlı öhdəlik anlamı da aradan qalxır.

Yadıma bu il oxudugum bir yazı düşdü. Jurnalist
Aynur Elgünəşin qələmə aldığı bu yazıda, 50 ilə yaxın ailə həyatı yaşmış bir
qadının hekayətindən söhbət açılmışdı. Yazı çox qısa idi. Amma o yazını oxuyan
istənilən şəxs mütəəssir olmay
bilmirdi. Yazı bir ailə sirrindən idi. 50 ilə yaxın ailə həyatı yaşamış qadın sən
demə, bu illər ərzində bakirə qalıbmış. Lakin o, bütün illəri ərinə sədaqəti və
sevgisini itirməyibmiş. Yalnız əri öldükdən sonra, bu sirri öz qonşusuna
danışıb. Bu sirrin arxasında ərinə hörmət, sevgi, qarşılıqlı anlaşma, duygu,
etibar, sədaqət, nəfs, güvənlik, abır, inam, nüfuz,özünə hörmət kimi çoxlu dəyərlər
toplusunu görmək olurdu. Insan haqları kontekstindən baxanda həmin qadın
ya boşanmalı, ya da gizli olaraq öz initim dünyasını yaşamalı idi. Çünki, qadın
olaraq bu onun haqqı idi. Yaxud insan haqları kontekstindən baxanda öz
davranışına özü  cavabdeh idi.  Bəlkə də yazını oxuyanların bir qismi də belə
düşünmüşdü: “Çox axmaqlıq edib, gərək öz həyatını yaşayaydı, gərək boşanaydı, gərək
kişinin yararsız oldugunu əvvəldən hamıya bildirəydi və s. “ Lakin qadın başqa
seçim etmişdi. Ərinin ona güvənini, sevgisini heç nəyə dəyişməmişdi.

Bəlkə sirr dediyimiz elə bu, dəyərlər
toplumudur? Elə bu dəyərlər toplumunun bir adamda sığışması mistik bir fenomen
deyilmi? O  halda, insan haqlarının təblig
etdiyi dəyərlər sisteminə nə daxildir? Yalnız hörmət üzərində qurulan insanın
insana hörmət hissi bütün bu dəyərlər sistemini özündə cəmləşdirə bilirmi?

Aşkarıq, şəffaflıq, ictimai müzakirələr gündəmimizdədir.
Bu müzakirələr təkcə ictimai münasibətləri özündə əks etdirmir. O ailə münasibətlərinə
də kifayət qədər sirayət edib. Hər gün bir ailə faciəsi ilə tanış oluruq. Bəli
sensuzra olmaz deyirik. Çünki senzura insan haqarına ziddir. Amma özülüyümzdə dərk
edirik ki, hər gün nümayiş edilən ifrat 
qüsurlu ailə modeli gözümüzü “deşir”. Biz sirrlər üçün darıxırıq. Biz
keçmişlə indini müqayisə edirik. O keçmiş ki, ailədə irearxik bir bölüşmə var
idi. Hər kəs bu irearxiyada öz rolunu və yerini bilirdi. Subardinasiya gözlənilirdi.
Ailə müqəddəs bir ocaq  idi. Ocağın odu
isə məhz müqəddəslik şöləsindən daha gur yanırdı. Yeri  gəlmiş, ailənin məşəlinin gur alovlanmasına təsir
edən səbəblərdən biri də, onun üzvlərinin çoxluğu  idi.

Böyük ailə…

Azərbaycanda böyük ailə modeli  XX əsrin sonuna, hətta bu yaxınlara  kimi özünü qoruyub saxlamışdı. Halbu ki, Avorpada  XİX əsrin əvvəlləri, Rusiyada isə  XİX əsrin ikinci yarısında böyük ailə
modelini kiçik ailə modelinə öz yerini verimişdi.

1913- cü ildə Rusiyada 98.5 milyon rəsmi
nikahın yalnız 3791-i ləğv edilmişdi. Təəssüf ki, Azərbaycanla bağlı dəqiq
statistik rəqəm əldə etmək mümkün olmadı.  Amma 2014-cü ilin iki ayı ərzində boşanmalrın
fantastik rəqəmi, Azərbaycanda ailə sisteminin ciddi təhlükə altında olduğunu
artıq şübhə altında qoymur.

Bu gün kiçik ailə modelinin üstünlüyünü təbliğ
edənlər, cidd cəhdlə kiçik ailə modelinin iqtisadi cəhətdən əlverişli olmasını
sübut etməyə çalışır. Tək uşağın ailədə bütün imkanlardan bəhrələnmək -təshil,
sağlamlıq, asudə vaxtının təşkili və s kimi imtiyazlardan  daha geniş yararalana bilməsini əsas gətirir.

Lakin, az da olsa qorunub saxlanılmış
mövcud  böyük ailə nümunələri əksini
sübut edir. Həmin ailə nümunələrində uşaqların demək olar ki hamısı ailə təhsil
almışlardır. Bu  isə  ona dəlalət edir ki, ailənin bir üzvü digər
üzvü üçün yaxşı dəstək və nümunə olmaqla, özündən sonrakı uşaqların da eyni
davranışına stimul vermiş olub. Bu halın özlüyündə çox sadə bir sistem  aşkarlanır. Yəni, əgər ailənin bir üzvü təhsildə
irəliləyirsə, digərlərinin də təhsilə marağını artırmağa nail ola bilməsi ilə
izah edilir.

Yeri gəlmiş qərb ölkələrində son dövrlər böyük
ailə modelinə meyillik müşahidə edilir. Doğrudur qeyd edilən ailə modelində
vaildeynlər biolaji olmasa da reallıqda böyük ailə modlenin yaranması
tendensiyası diqqəti cəlb edir.  Qərb
böyük ailə modelinə bir layihə kimi baxır. O bu layihələrə kifayət qədər sərmayə
qoyur. O halda, qərb həmin ailə modelinin efektivliyi üzrə tədqiqatlarmı
aparır? Məncə hə. Halbuki bu  layihələr
daha çox sosial yönümlüdür və əsas qayəsini  mərhəmətlilik, sevgi təbliği təşkil edir.

Lakin, burada da vacib  bir məqama diqqət ayırmaq lazımdır. Eyni DNK
dan olmayanların süni doğmalaşdırılması mümkündürmü? Əslində bir çox pedaqoqlar
sübut etməyə çalışıblar ki, uşağın düzgün tərbiyəsində, mühitin böyük rolu var.
Lakin genetika ilə məşğul olan alimlər isə əksinə sübüt etməyə çalışırlar.
Onlar insanın təbiyəsində mühitin yox genlərin əsas aparıcı amil olmasını
vurğulayır.

Bu mövzu daha geniş mövzu oldugundan bu
detallara varmaq istəmirəm. Lakin, insan haqlarına böyük hörmətlə yanaşan  və praktik insanlarla işləyən  tərəf kimi deyə bilərmi ki, eyni DNK koduna
malik olmayanların birgə ailə çərçivəsində yaşaması, verilən tərbiyə və mühitə
baxmayaraq əksər halda həmin ailələrin sonu o qədər də ürək açan olmur. Ola bilər
başqa ölkələr üçün bu qaəbul edilən və reallaşan bir haldır. Lakin istənilən
ölkənin cografiyası, iqlimi, ənənəsi, psixoloji yükü və s kimi amillər var ki,
qeyd edilən abeynəxlaq təcrbüənin oldugu kimi tətbiqinə əngəl törədir və onun nəticələri
heç də həmin ölkələrdə olduğu qədər effektli olmur.

SOS kəndlər birliyi nümunəsini də uğurlu ailə
modlei hesab etmiərm.. Baxmayarıq ki, hazırki dövrdə baxımsız uşaqlar üçün ən
yaxşı çıxış yoludur. Lakin, ailədə uşaqların tərbiyəsində yalnız qadının
iştirakı kifayət qədər uğurlu deyil. İllər keçdikdən sonra həmin uşaqların
taleyi ilə bağlı ayrıça tədqiqatların aparılması, “uğurun” real göstəricisini yəqin
ki bizlərə çatdırılacaq. Lakin hazırda Azərbaycnada belə tədqiqatlar
aparılmadığından real vəziyyəti qiymətləndirmək imkanından mərhumuq.

Qayıdaq böyük ailə modelinə.

Kişik ailə modelini təbliğ edənlər uşaqların
marağının nəzərə alınmasını ön plana çəkir. Uşağın harmonal inkişafı kiçik ailə
modelində əsas prioritet götürülür. Bu böyüklərin qənaətidir. Uşaqların rəyi
burda kifayət qədər öyrənilməmiş qalır. O halda uşaq hüquqarı harda qaldı?
Uşağın kişik ailədə  böyüdüyü və inkişaf
etdiyi dövrdə keçirdiyi yalnızlıq hissi və onda irəli gələn şıltaqlıqlara nə ad
vermək olar?

Bu gün hər bir ailə öz maddi yüksəlişini təmin
etmək üçün gecə- gündüz çalışır. Çünki,ailədə böyüyən uşağı hərtərfli təmin etmək
lazımdır. Məşğul valideynləri isə uşağın ruhi vəziyyəti o qədər də narahat
etmir. Çünki, sosial gərgin olan valideynin uşağın ruhi vəziyyətini düşünməyə
faktiki vaxti belə olmur. Bütün proseslər çox təbii baş verir. Hər kəsin qarşı
tərəf üçün kifayət qədər əsaslı orqumenti formalşır. Ərin arvadı, arvadın əri və
eləcə də valideynlərin uşaq qarşısıda səsləndirəcəyi orqumentlər. Kiçik ailə
modeli- nənələr, babalar, əmilər, dayılar, bibilər, xalalarla yanaşı uşağın ona
həmyaş ola biləcyi qardaş və bacılardan da mərhum edir. Uşağın təkliyini, qan
qadalı verbal oyunlar, sosial şəbəkələr və ən yaxşı halda dayə əvəz edir. Artıq
nəvaziş, istilik, sevgi, qayğı, nəzarət, ünsiyyət kimi vacib psixoloji amillər
soyuq münasibətlərlə əvəzlənir. Əvəzində, sənə mobil telefon almalıyıq, seni
xaircə aparmalıyıq, səni ödənişlu məktəbdə oxutmalıyıq kimi mesajlar tutur. Yəqin
ki, yazını oxuyanlar mənə kifayət qədər oruqment gətirmək istəyində bulunacaq.
Məgər üç yaşlı uşağa mobil telefon, ödənişli baxça, məktəbə ödənilənlər  sevginin əlaməti deyilmi, deyəcəklər. Xeyr əizlərim,
xeyr. Bu sevgi deyil, bu eqodur. Bu başqalarının önündə yarışmadır. Əgər həqiqətən
uşaqlarımızı ürəkdən seviriksə, niyə bədənimizin xarab olmağından qorxub  beş, altı, yeddi, on bir uşaq doğmuruq. Niyə?

Bu yerdə qısa bir haşiyəyə də çıxmaq istərdim.
Yaxınlarda dünya şöhrətli rəssamların öz dövründə çəkdiyi qadın obrazlarına nəzər
saldım. Leonardo Do Vinçinin madonnaları, Mikelandjelonun freskaları, Rafel
Santi, Remrandtin qadın obrazılarında qadınların ətrafında kifayət qədər
uşaqlar var idi. Əlavə olaraq qeyd edim ki, həmin qadınlar kifayət qədər də  ətli qanlı 
qələmə alınıb. Bu şəkillərdə nəzərmi cəlb edən  maraqlı bir məqam isə, dolu bədənli
qadınların bolluq, sağlamlıq, xöbəxtlik simvolu, arıq, çəkisiz qadınların isə xəstəlik
və bədbəxtlik simvolu kimi diqqətə çəkilməsidir.

İndi nə baş verir? Dünya modelyerləri eyni
ölüçülü paltarları istehsal edir. Bu paltarların ölüçü ylnız 50-55 kg qadınlar
üçün nəzrdə tutulur. Odur ki, hazırda bütün dünyada qızğın arqılama prosesi
gedir. Hətta bunun üçün qalaq qalaq kitablar və TV proqramlar maliyyələşdirilir.Təbii
ki, 55 kg qadının on iki uşaq doğmaq üçün fiziki və mənəvi gücü olmaz.  Nəticədə, bu qədər bollugun müqabilində, bütün
dünya qadınları özünü bədbəxt hiss etməklə yanaşı, depresiyadadır.  Bəzən məsələləri təhlil edərkən bütün proseslərin
nə qədər bir biri ilə sıx bağlı oldğunun fərqinə varırsan.

Demək kiçi ailə sistemi yalnız iqtisadi amillə
bağlı deyil, o həm də, kənardan idarə edilən bir amildir. Kim edir bunu? Dünya əhalisinin
azalması üzrə plan quran strateqlər ya…

Bu starteqlər yalnız insan sayının azalamsına
xidmət etmir. O eyni zamanda insanın insana biganəliyi və düşmənçiyini də kfiayət
qədər formalaşdıra bilir. Baxmayaraq ki, insan haqlarına dair sənədlərdə başqa
ali hisslərdən danışılır. Elə son dörvlərdə qlobbalşamnın da dünyayay xeyr gətricəyi
vədləri verilməsinə baxmayaraq, bu siyaəstin arxasında iqtisadi amillər çərçivəsində
“al və sat” dayndığı açıq aşkar görünür. 
Kimliyindən asılı olmayraq ala və sata bilirsənsə demək sən bu dünyanın
adamısan.

Odur ki, boyük ailə modelinin arxasında
dayanan sevgi, dəstək, inam, bərabər bölüşmə, stimul, ailə üzvlərinin uğuruna
görə birgə sevinc, qarşılıqlı ünsiyyət, insanpərvərlik kimi keyfiyyətləri hələ
ki maddiyata dəyişirik.

Hələ ki, 
kiçik ailə modelinin acılarını cəkirik, tənhalıq, depresiya, ünsyyət
üçün sosial şəbəkələrə hücum, bölüşmək üçün yalançı üzünü görmədiyimiz dostlar,
inamsızlıq,  etbarsızlıq, intihar.

Nənələr və babalar nəvlərinə həyatın cətin
anlarında əldə etdikəri müdrik  təcrübədən
irəli gələn məsləhətlərini verəcəklər. Analar atalar övladlarına hər iki ailə
başçsının daha çox vacib olmasının məsuliyyətini anlaycaqlar.

Əminəm ki, bütün bunların sonu olacaq.
İnsanlar böyük ailə modelinin onların xilası olduğunu anlayacaqlar.

Ailə üzvləri yalnız birlikdə olduqda bütün çətinlikləri
asanlıqla aradan qaldırmağı dərk edəcəklər. Böyük ailə ilə sabaha ümidlə
çıxacaqlar.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/m%C9%99nim-ail%C9%99m-m%C9%99nim-qalamdir">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir