İnsan alverinə qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan
alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri
qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının
müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

İnsan alverinə qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

I fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. insan alveri – zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədəqorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir);

1.0.2. insanların istismarı – məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır);

1.0.3. məcburi əmək (xidmət) – qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi;

1.0.4. cinsi istismar – şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi;

1.0.5. köləlik – şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 iyun 2005-ci il № 958-IIQ

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/insan-alverin%C9%99-qarsi-mubariz%C9%99-haqqinda-az%C9%99rbaycan-respublikasinin-qanunu">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir