Çörəyi ver çörəkçiyə…

Valideyn himayəsindən məhrum olduğu üçün qonşuları tərəfindən 08.02.2018-ci il tarixdə “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına gətirilib. Təhsildən yayındığı üçün onun təhsilə bərpa olunması mümkün olmadığı təqdirdə təşkilat onun cəmiyyətə reinteqrasiya olunması üçün müəyyən bir peşəyə sahiblənməsi istiqamətində fərdi plan hazırlayaraq, təşkilatla əməkdaşlıq edən peşə kursları ilə danışıqlar aparılmışdır. Məryəmin saç stilisti kimi yetişməsinə “By Stilist Burhan”dan təşkilata dəstək olması xahiş olunmuşdur.   Göstərilən aktiv dəstək, sərf olunan zaman, xüsusi qayğı və diqqət sayəsində Mustafayeva Məryəm artıq bərbər ixtisasını mənimsəmişdir. Sığınacaqda məskunlaşdığı gündən etibarən sığınacaqda geyim, qida, zəruri gigiyenik vasitələrlə, eyni zamanda peşə kurslarına  getmək üçün yol xərci ilə təmin edilmişdir.


Rəhimova Anjelika Mingəçevir polis İdarəsi tərəfindən 12.08.2017-ci il tarixdə tarixdə “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yerləşdirilib. Atası ilə anası o lap körpə ikən ayrıldığı üçün, anası Rusiyada həbs olunmazdan əvvəl onu Azərbaycana yola salır. Azərbaycanda kimsəsiz və himayəsiz qalan Anjelika bir müddət anasının rəfiqəsinin evində qalsa da evdə ona qarşı olan zorakılığa dözməyərək evdən qaçıb polisə müraciət etmişdir. Polis tərəfindən sığınacağa yerləşdirildikdən sonra onun təhsili ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə mürqciət olunsa da, Rusiyada təhsil aldığına dair heç bir sənədi olmadığı üçün onun təhsilə bərpası mümkün olmamışdır, onun reabilitasiyası və reinteqrasiyası üçün müəyyən bir peşəyə yiyələnməsi haqqında qərar qəbul edilmişdir.  Rəhimova Anjelika ilə bağlı fərdi plan hazırlanarkən onun  maraq dairəsi, sahib olmaq istədiyi peşə yönümləri onunla birlikdə araşdırılmış, bərbərlik peşəsinə olan marağı müəyyənləşdirildikdən sonra “By Stilist Burhan” ilə əlaqə yaradılaraq daha bir sığınacaq sakininə yardım etməsi xahiş olunmuşdur. Qarşılıqlı əməkdaşlıq, xüsusi diqqət və qayğı nəticəsində sığınacaq sakini olan yeniyetmə qızlar hal-hazırda bərbərlik peşəsinə yiyələnmiş, hətta xeyriyyəçilik məqsədi ilə özləri də digər sığınacaqlara və aztəminatlı insanlara yardım etməyə çalışırlar.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/cor%C9%99yi-ver-cor%C9%99kciy%C9%99">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir