Carəsizəm məni dinləyin

17 yaşılı, Aygün (ad şərtidir) bizə müraciət edəndə artıq üç dəfə intihara cəhd etmişdi. İlk dəfə damarını kəsməyə, sonra,  hündür bir yerdən özünü atmağa, üçüncü dəfə isə  zəhərli dərman içməklə həyatına son qoymağa cəhd göstərmişdi.

Aygünün ailəsi uğursuz ailə idi. Onun anası vaxtilə  əxlaqsız həyat tərzi keçirmiş, elə həmin həyat tərzindən bu qızcığazı “qazanmışdı”. Aygün doğuluşundan aruzolunmaz uşaq olmuşdu. Anası bir müddətdən sonar ailə qurmağa müəyəssər olduğundan, Aygün nənəsinin himayəsinə keçmişdi.  Aygün və nənəsi, xalasının narkotik alverçisi olan ərinin və özünün müxtəlif təhqrilərinə məruz qalmlı olurdu. Dördüncü sinfi bitrəndə onu məktəbdən çıxrarırlar: – Qız uşağı oxumağı neynir, – dedilər. Evdə həm qullquçu, həm  narazıların təpik obyekti olan bu uşaq üçün sevindirici heç nə yox idi. Bu yandan da, nənəsinin ankoloji xəstə olması aşkarlandıqdan sonar müsibətlər  daha da çoxaldı. İki il ərzində üç intihara cəhd…

“Təmiz Dünya“ Qadınlara Yardım İctimai Birliyi tərəfindən 301 nəfər yeniyetmə arasında apardığı sorğu nəticələrində maraqlı məqamlar vardı. Valideynləriniz Sizinlə qəddar rəftar etdikdə, hansı hərkətləri edirsiniz sualına, yeniyetmələrdən 46 nəfəri – özümü öldürmək istəyirəm, 21 nəfəri evdən qaçdığını, 29 nəfəri ağladığını, 23 nəfəri hirsini başqasından çıxıdını, digərləri isə müxtəlif  adamlarla qonşular, rəfiqələr və s ilə bölüşdüyünü qeyd edib. Özünəqəsd etmək istəmisənmi?- sualına 103 nəfər “bəli”, 147 nəfər “xeyr” cavabı vermişdi.Qalanları isə sualı cavablandırmamışdı. Hansı yaşda  intihar haqqında daha çox düşünmüsən sualına -116 nəfər 15-16 yaşında olduğu vaxtları qeyd etmişdir. Digər yaş dövrləri yuksəldikcə intihar haqqında düşüncələrin azaldığı müşahidə edilmişdi. İnitara cəhdin səbəbləri isə çox müxtəlif məsələləri əhatə etmişdi. Tənhalıq, başa düşülməmək, qəddar münasibət, valideynlərin davranışı, zorlanma, uğursuz sevgi və s  olmuşdu.

Özünə qəsd problemi insan cəmiyyətinin ən  qədim promlemlərindən  biridir.

Özünə qəsd problemi bütün dövrlərdə mövcud olsa da, əvvəlki dövrlərdə bu hərəkət cəsarət və mərdlik əlaməti kimi qiymətləndirilirdi, indiki dövrdə bu hərəkət  ətrafda baş verən ədalətsizliyə etiraz aksiyası kimi qiymətləndiriliməklə problemi ictimai xarakterə çevrir. İntihar şüurlu sürətdə həyata keçirilən və ölümlə nəticələnən özünəqsəddir. Bir çox ölkələrdə intihar deoqrafik fəlakət kimi qiymətləndirilir.

İlk intihar hadisəsinin hansı dövrə məxsus olması tarixə məlum deyil. Keçən əsrdə ölümü şürlu seçmə ənənəsini araşdıran, antropoloqlar genişmiqyaslı tədqiqatları ilə onun bəzi məqamlarına aydınlıq gətiridi.  Belə ki, qədim dövrlərdə intihar “şəxsi iş” hesab edilirmiş. Bəzi dini mərasimlər və kultlar isə intihara qadağa qoymaqla, hətta ona cəhd edənləri ciddi cəzlandırırmış.  

Öz-özünü məhv etməyə cəhd, görünür insanda  anadangəlmə instinktidir.  İlk dəfə Ziqmund Freyd  “ölümün instinkti” anlayışını elmə daxil etdi.

 Bütün canlılar var gücü ilə mövcudluq üçün mübarizə apardığı halda,  nədənsə ayrı-ayrı insan individləri bunun eksini edir. İnsan digər canlı varlıqlardan fərqli olaraq, özünü məhv etməyi bacarır və ölümə sirli meyl ona məxsusdur.

Qeyd etmək lazımdır ki, intihar bütün mədəniyyətlərdə mövcud olub. Miflərə görə insanın ölümü şəraitdən asılı olaraq, yaxşıya və pisə bölünürdü. İntihar adətən pis ölüm, intihar edənlərin ruhu isə cinə cevrilrimiş hesab edilirdi. Ruhlar gecələr yerin üstü ilə dolaşar və canlıların işinə qarışardılar.

Antik dövrdə “əcdadların qayası”  deyilən bir qaya mövcud imiş. Yaşlanmış qocalar həmin qayadan aşağı tullanardılar. Keos adasında isə qocalar öz gedişi münasibəti ilə möhtəşəm bayramlar təşkil edir, sonra çələng geyərək, güclü zəhərlə badəni zəhərləyirlərmiş. Bu adət daha uzun müddət  Yaponiyada yaşandı. Aclıq illərində  kəndlərdə qoca valideynlər öz uşaqlarından onları dağlara aparmağı xahiş edirmişlər.

Artıq qədim dövdə intiharla bağlı qadağalar meydana çıxmaqla ciddi cəzalar formalaşdı. Nigeriyanın çox tayfalarında, Uqanda, Keniyada intihar birmənalı şər hesab edilirdi və cəzaya layiq görülürdü. Belə cəzalara misal olaraq mərhumun qohumlarının cəsədə yaxınlaşmağının qadağan edilməsi, yaxud şəxs özünü asırdısa onun evinin atəşlə təmizlənməsi, yəni yandırılması kimi ayinlər mövcud idi. Qohumlar günahı yüngülləşdirmək üçün öküz və ya qoyun qurban gətirməli idi.

Yeri gəlmişkən, Azərbaycanda da bu yaxınlara kimi, hətta indi də intihar edənlər qınanılır və  ailə isə buna görə utanc hissi keçirir.

İntihar- həyatdan könüllü gedişdir.

Bu mövzu uzun müddət qadağan olunmuş mövzu hesab edilib. Hətta bütün dini inanclarda intihar günah hesab edilib və edilir. Lakin bütün bunlara baxmayaraq, intihar halları mövcuddur və bunun qarşısını almaq üçün kifayət qədər təcrübə mövcud deyil. 

Müşahidə edilən məqamlardan biri, intahara meyillik yaz aylarına təsdüf edir. Adətən intahara meyilli insanların daxili aləmi qışın tutqunluğu ilə həmahəng olduğu üçün daxili “mən” qış aylarında özünü rahat hiss edir. Lakin yazın rəngləri, günəş daxili tutqunluğu ilə əks münasibət təşkil etdiyi üçün, həyacan və təlatümlər kəskinləşir. Təsadüfü deyil ki, amerikalı şair Tomas Elliot  aperel ayını “qəddar ay” adlandırmışdır. Belə ki, intiharların illik statistikiasna nəzər saldıqda, məhz aprel ayında bu rəqəm 80% çatır.

Ailə münaqişələri, doğmalarının itgisi, tənhalığa dözümsüzlük, seçim imkanlarının məhdudluğu, sosial və iqtisadi uğursuzluqlar yaz ayında gözlənilən “xoşbəxtlik” mövsumu ilə uyuşmada, insanla daha çox intihara meyillənir. Lakin, bu o demək deyil ki, intihar yalnız yazın simptomudur.

İntihar davarnışı

Bu intihara meyillikdə aktivliyin müşahidə edilməsidir.  Yəni, fikirlər, niyyət, xəbərdalıq,   cəhd və s.

İntihar hadisələrini təhlil edərkən ilk öncə onun davranış formalarına diqqət yetirmək lazımdır.

Nümayişkarənə davranış – bura damarlrın kəsilməsi, zəhərli olmayan dərman pereparatlarının  qəbulu, asmaq inssinirovkası;

Effektli intihar davranışı – özünü asmağa cəhd, yandırmaq, toksik və ya zəhərli dərman pereparatlarının qəbulu;

Həqiqi real intihar davarnışı – özünü asmaq.

İntihara meyil edən qurpa aiddir.

  • əvvəllər initihara cəhd etmiş şəxslər ( intihar etmiş şəxslərin 30% əvvəllr intihara cəhd etmiş şəxslər olur);
  • intiharla bağlı mütamadi xəbərdarlıq edən şəxslər;
  • özünə xəsarət yetirməyə meyilli olan şəxslər;
  • ailədə intiahr etmiş olanların üzvləri;
  • alkaqola meyilli şəxslər;
  • taksik perparatlar və narkotik istifadə edən şəxslər;
  • ağır depresssiya keçirən şəxslər;
  • xronoki və ya əlacsız xəstəlikdən əziyyət çəkən şəxlər;
  • ağır itki ilə üzləşmiş -yaxınlarını itirmiş şəxslər;
  • ailə problemləri.

Belə xarakterik xüsusiyyətlərlə üzləşən tanışlar, qonşular, qohumlar mütləq şəkildə, mütəxəssisə müraciət etməyi gecikdirməməlidir.

Təssüflər olsun ki, bəzi hallarda biz intihara meyilli şəxslərin hədələri fikirlərinə biganə yanaşaraq, intihardan danışanlar heç vaxt inithar etməz deyirik.

Yaxud depersiyada olan insanla söhbət etməyi lüzumsuz saymırıq və düşünürük ki, bizim söhbətimiz onu intihara sürükləyər. Lakin nəzərə almaq lazımdır ki, intihara meyilli şəxslərin mütləq şəkildə yardıma ehtyacı var və o bunu gözləyir. Bəzi hallarda isə bizim qənaitimizə görə, normal adam inithar etməz deyirik. Nəzərə almaq lazımdır ki, intihar edənlərin əksəriyyəti, heç də psixi xəstə deyil.

Təcrübə göstərir ki inithar etmək istəyən şəxslərin xüsusi ifadələri mövcuddur. Məslən: “ Mən daha bacarmıram”, “onlara mənsiz daha yaxşı olacaq”, “mən olmasaydm daha yaxşı olardı”, “ həyatın dəyəri yoxdur”, “heç kimin vecinə deyil”, “ sən mənim sonuncu ümidimsən”  və s.     

Belə ifadələr eşitdikdə, qarşı tərəf öz fikir  və mülahizələrində çox ehtiyatlı olmalıdır. Lakin ehtiyatlılıq dedikdə, bu insanlarla xəstə kimi davranmaq tövsiyyə edilmir.  Ən vacib məqamlardan biri isə, həmin şəxslərlə üz – üzə danışmaqdır.

Elə ilk etimad telefon xidmətinin yaranma tarixi məhz intiharlarla bağlıdır.

1906-cı ildə Nyu Yorkda protestant keşiş Harri Uorreni gecəyarı bir zəng oyadır: “Yalvarıram mənimlə görüşün, çox çarəzsizəm” – deyir. Keşiş: “Sabah səhər kilsə açıq olacaq” deyir. Səhər müqəddəs ata həmin şəxsin özünü asdığını eşidir. Bu xəbərdən sarsılan keşiş qəzetlərdə belə elan verir, “dünyanızı dəyişməzdən öncə, istənilən vaxt mənə zəng edin”.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/car%C9%99siz%C9%99m-m%C9%99ni-dinl%C9%99yin">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir