Cəzanız mübarək, sahibli sahibsizlər !

Demişdim nikahlardan yazacam. Hələlik toxunduğum mövzu erkən nikahdır. O nikah ki, 13..14..15.. 16… yaşalı qızların cinsi təcavüzü deməkdir. O nikah ki, cismi bəzən tam formalaşsa belə, dünyanı hələ ki, yaxşı dərk etməyən qız uşaqlarına edilən təcavüzdür.
Ənənəyə görə, qız uşaqlarının yanında cinsi münasibətdən və ya bioloji xüsusiyyətlərdən danışmaq abırsızlıq sayılır. Ana ilə bala arasında pərdə saxlanması yaxşı ənənə hesab edilir.
Olsun.. amma erkən nikah olmasa, əgər qızlar internetdən yanlış məlumatları oxumasa, əgər TV-lər seksual xarakterli filmləri yaymasa, əgər məktəblərdə cinsi sağlamlıq və digər
movzularda duzgün və dəqiq məlumatlındrma aparılsa bəli bu halda pərdəli münasibətin yeri olardı.
Bu günlərdə UNCEF-in yaydığı hesabatda, Aərbaycanda son bir ildə 5000 qız uşağının erkən nikah qurbanı olduğu barədə məlumat yayıldı.
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi isə qeyd edir ki, artıq bu rəqəm əvvəlki illərə nisbətən xeyli azalmış və 3000 nəfərə enmişdir.
Erkən nikaha qarşı çxanda, müxtəlif opannetlər bildirir ki, bu bizim ənənədir və bizim
nənələrimiz də beləcə, erkən ərə verilib və çox xoşbəxt də yaşayıblar.
Əvvəlcə onu deyim ki, bizim nənələrimiz erkən ərə verilsə də, o zaman yanaşmalar fərqli idi. Belə ki, yaşlı qadınlarla söhbət aparanda müəyyən edilib ki, erkən nikaha daxil olan nənələrimiz
indikindən fərqli olaraq dərhal yataga salınmazmış. Təccüb etdiniz eləmi? Bəli, nənələrimiz heç
də dərhal yataga salınıb cinsi təcavüzə məruz qalmayıblar. Erkən ərə verilən nənələrimiz, bir
müddət həmin evin ab-havasına, oranın qayda və qanununu öyrənməli, ərə getdiyi kişiyə alışmalı
və ondan sonra qadın olmağa hazır olduqda yatağa aparılardı.
Erkən ailə quran nənələrimiz, böyük bir ailəyə daxil olurdu ki, bu ailənin çoxsaylı ailə üzvləri
bir-birinə dəstək və qayğı göstərirdi.
XX əsrin əvvəllərində Azərbaycanda daha çox aqrar sənaye mövcud oldugundan qadınların
əmək fəaliyyəti öz evi daxilində baş verirdi. Qadın hüquqları ev çərçivsəində qorunurdu. Bu
daha çox sahiblik missiyası çərçivəsində anlanırdı. Qadın evin digər əşyaları kimi sahibin əmlakı
idi. Sahib öz əmlakına necə diqqətlə yanaşırdısa, qadına da o cür diqqət ayırırdiı. Onu müdafiə
edir, qoruyur və saxlayırdı. Buna misal olaraq, qadının at və papaqla eyniləşdirilməsini gətirmək
olar. Əslində canlı və cansızın, heyvan və insanın eyniləşdirilməsi arxasında bir öhdəlik və
məsuliyyət də mövcud idi. Bu gün qadınlar bu eyniləşdirməyə qarşı çıxsa da, lakin digər bir
davranışın kişilərin məsuliyyət və öhdəliyinin yox olmasından şikayətlənirlər. O zaman dogru
olan nədir? Nədən imtina etməliyik? Bu məqam çox ciddi müzakirə mövzsu olaraq qalır.
Keçmişlə yaşamağın mümkünsüzlüyü, yeni davranışların formalaşmamamsı, insan faktorunun
isə canlı və cansızla eyniləşdirmə prosesində qalması.
Dövran dəyişib. Bu gün Azərbaycanda hər kəs insan haqlarından danışır. Qadın da, kişi də.
Uşaq da, ahıl. Lakin məsuliyyət hissi və onun öhdəliyi nə qədər aktualdır. Əgər keçmişi
istəyiriksə, o zaman sahiblik düşüncəsindən doğan o məsuliyyət və öhdəliyi niyə yerinə
yetirmirik. Biz yaddaşlarda daşlaşmış təcrübənin bir hissəsini ( neqativ) tətbiq edib, digərindən
(pozitiv) vaz keçirik.
Yeri gəlmiş sterotiplər heç də köhnə olaraq qalmır. Hər dövr, yeni sterotiplər formalaşdırır.
Sterotiplərin dəyişməsində mühitin və düşüncənin rolu böyükdür. Bu gün diqqətlə izləsək, bu
dəyişən sterotpləri aşkar görmək olar. Sterotiplərin dəyişməsinin kökündə daha çox iqtsiadi amil
daynır. İqtisadi amil, dəyərlər sisteminin köklü dəyişməsi ilə özünü biruzə verir.

Misal, XX əsrin əvvəlləri, ailələr öz uşaqlarının mügənni olmasına qəti icazə verimirdi. Hətta ən
böyük talantı olanlar belə bu peşəyə buraxılmazdı. Bu gün mügənni olmaq prestijdur.
Əvvələr qız uşalqarının katibə vəzifəsində çalışması qınaq obyekti olardı. İndi katibə işləmək
prestijdir. Buna çox sayda misallar gətirmək olar. İqtisadi amilin sterotipləri dəyişməsi və
formalaşdırması prosesi hələ ki davam edir.
Niyə bunları yazdım? Yəni erkən nikaha bəraət verən tərəflər insan haqları, sosial psixoloji
durum, ailə münasibətləri, egologiya, yaşadığımız dövrdə yeni formalaşan davranış modellərini
nəzərdən qaçırmamalıdır.
Azyaşlı qız uşaqları ilə ailə quran kişilər, keçmiş sterotplərə söykənsə də, yeni sterotplərin idarə
edildiyi –sahib durmamaq davranışını daha çox tətbiq edirlər. Sahib durmamaq isə, böyük
cinayətlər üçün yararlı şəraitdir.
Bu cinayətlərlə Sizi də tanış edək:
H. –nı 13 yaşında tanımadığı bir nəfər yoldan götürüb qaçıb. Qızın valideynləri polisə müraciət
edib və qızı qaytarıb. Lakin oğlan “o artıq mənim arvadımdır” deyerək yenidən qızı geri
qaytarıb. Valideynləri qızın bakirə olmadğını və heç kimə gərək olmayacağını düşünüb qızı geri
verib.
Ailə qurdugu ilk gecəni yadına salan H. belə deyir: “cinsi münasibətlərlə bağlı heç bir anlayışım
yox idi. Nə baş verdiyini anlaya bilmirdim. Həmin gün qorxu və həyacanda idim. Heç kimə
maraqlı deyildi mənim bu vəziyyətim. Keçirdiyim stresdən ureyim bulanır başım gicəllənirdi.
Sonralar bu münasibətlərə döyülmək, söyülmək və işgəncələr əlavə edildi.” Bu işgəncələr
hamiləlik dövründə və sonralar da davam etdi. Ayağının altına dəmirlə döymək, ölümlə
hədələmə adi bir hala çevrilmişdi. Sonuncu dəfə isə işgəncə yeni forma aldı, döyüdkdən sonra
saçlarının kəsilməsi…. Onun heç bir təhsili və peşəsi yoxdur.
R. –nın ailəsi münaqişəli ailə idi. Atası alkoqol düşkünü oldugundan evdə həmişə dava olurdu.
Bu davalarda ailədə hamı döyülürdü. Təhsili davam etdirmək üçün imkan yox idi. R- ailədə 2 ci
uşaq idi. Qaradaşı və o. Amma hər zaman daha çox ona bir yük kimi baxılırdı. Atası içkili
olanda “sən də rədd olub getsəydin yükümüz azalardı” deyirdi. Axir ki, 14 yaşında ərə verdilər
onu. Indi 5 aylıq körpəsi var. Amma bu uşağı necə dogacağını bilmir. Çünki, məsləhətxanada
bildirdilər ki, doğuş zamanı xəstəxana polisə məlumat verəcək və yoldaşı həbs ediləcək.
A. –
rayondandır. Ailələri cox kasıb olub. 6 uşaqdırlar. İmkansızlıqdan heç biri məktəbə getməyib. 13
yaşında əmisi oğlu tərəfindən zorla qaçırılıb. 2 il birgə yaşayıblar, lakin uşaqları olmayıb.
Danışır ki, hər gün ona “qısır” deyə müraciət edirdilər. Onu zorala mülicəyə göndərir, türkaçarə
etdirirdilər. Bu azmış kimi döyülür təhqir olunur, qohumlarımla görüşə icazə verilmirdi. Uşağı
olmadığıı üçün axır ki, onu atam evinə göndərirlər.

2 il ata evində
yaşadıqdan sonra 2006-ci ildə ona elçi gəlir və o ailə qurur. 2007-ci il dekabr ayının 27-də
dünyaya qızları gəlir. Lakin oğlan hamiləliyin 9-cu ayında qaçaraq Rusiyaya gedir. A. yenə geri
anasının yanına qayıdır və uşağı dünyaya gətirir. Ərini axtarmaga başlayır. Ərinin qonşusu
bildirir ki, o narkotikaya qurşanıb və tutulub. Bu xəbərin doğru olub olmadığını hələ də bilmir.
Ata evində bütün ağırlığı öz üzərinə götürməli olur. Bir dəfə küçə süpürərkən bir nəfər xanım
ona, Gürcüstanda qoca bir qadına baxmaq üçün adam axtardığını deyir. A. Ailənin ehtiyacını
ödəmək üçün bu işə razı oldğunu lakin, hazırda ağır durumda oludğunu bildirərək hələlik gedə
bilməyəcəyini deyir. Lakin qadın, ona yol pulunu özü ödəyəcəyini deyir. Sabahı onlara gəlir və
ailənin bütün bazarlığını edir. Bu görüşdə o A.-ya deyir ki, bu bazarlıqla sən gələnə kimi ailən
dolanacaq. Lakin yeni problem çıxır. A.-nın yola çıxması üçün isti paltarı olmur. Bu problemi də
həll edən qadın, Gürcüstana yola düşmək üçün onu hazırlayır. Yola düşürlər. Yolda A. nədənsə

şübhələnir, yolun niyə belə uzun olduğunu soruşur. Qadın ona kobuda cavab verir. Gürcüstan
sərhəddini keçəndə qadın A.-nın sənədlərini əlindən alır. Avtobusdan düşəndə qadın ona “bura
cənnət Türikiyədir” deyir. Sən demə “Cənnət Türkiyə”yə onu fahişəliklə məşğul olmaga
gətiriblərmiş. Beləcə bu “cənnətdə” uzun müddət əziyyət cəkən A. atası dünyasını dəyişdikdən
sonra “ xanimin mərhəməti” sayəsində ölkəyə qayıda bilir.
S. 15 yaşında ailənin təkidi ilə zorla ərə verilib. Əri evliliyin ilk günündən ona xəyanət edib.
Uşaq ağlı ilə bunun “qayda” olduğunu düşünən S. bir neçə müddətdən sonra hadisələrin daha
kritik hal aldığını və ərinin artıq onun evinə qızları gətirməsinə dözə bilmir. Bir gün əmisi oğluna
baş verənləri danışır. Əri xəbər tutan kimi qızı evdən qovur. Bu gün nə peşəsi, nə də gecələmək
yeri olmayan S. iki uşağını müvəqqəti uşaq evinə yerləşdirməli olub.
Baş verən hadislər insanlığa və qadına qarşı cinayətdir. Erkən nikaha daxil olan qızların 90%-nin
həyatı beləcə, ümidsilklər içindədir. Bu qızlar istənilən cinayətkar üçün əlverişli obyektdir. Ailə
münasibətlərinin müqəddəsliyindən, milli dəyərlərdən danışanlar bu cinayətlərdə bir başa
iştirakçı deyilmi? Fahişəlikdən gileylənənlər – qızlaırnızın tez ərə getməsi buna görəmi Sizə
gərəkdir? Erkən nikahın doğurduğu cinayətlər çox şaxəlidir. Bir az düşünsəniz Siz də bunu
anlarsınız. Lakin toplum olaraq bizi bu maraqlandırmır. Çünki bu gün, qadın toplum üçün
qiymətli dəyər deyil.
Cinayət cəzasız qalmamlıdır. Bu cəzanın çəkilməsi anı isə, susqunluqla yaradılan quyuya hər
kəsin öz doğması düşdüyü andan başlayır. Hələlik susun və biganə olun. Cəzanız mübarək-
sahibli sahibsizlər .
Mehriban Zeynalova

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/c%C9%99zaniz-mubar%C9%99k-sahibli-sahibsizl%C9%99r">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir