Bir az qadınlardan yazmaq istədim…

Qadın oldğun halda qadından yazmaq çətin iş imiş. Çətinliyin mahiyyəti, qadının mürəkkəbliyi deyil, sadəcə onun obarzının dəqiq və qərəzis çatdırılmasında idi. Cünki bəzən qadınların qadınlar haqqında fikirlərində ciddi ziddiyyətlər müşahidə edilir.

Qadınların
qadınlar haqqında fikirlərinin ziddiyyəti hec də eynicinsililərin bir birini
qəbul etmeməsindən irəli gəlmir. Sadəcə ictimai münasibətlər elə qurulub ki, əks
cinsin nüayəndələrindən ibarət böyük bir toplum qadını qadına qarşı qoymaqla
onun cəimyyətdə rolunu azaltmaq istəyir.

Cəmiyyətdə qadın hüquqları haqqında söhbət açılanda qadınların rolunun azaldılması üçün, onların müxtəlif “günahları” müazkirə predmeti kimi ortaya atılır.

Günahkar
qadın…

Nədir
günahı qadının?

Ona
görə ki o qadınmı doğulub? Ona görəki o zərif və incədirmi? Ona görə ki, qadın
olaraq nəsil artırırmı? Ona görə ki, məhz namus daşıyıcısı olmaq qadınınmı
boynuna qoyulub?  Bu ona görə ki…
cümləsi ilə başlayan çoxlu  mübtəlalar
var ki, qadını günahkar çıxarmaq üçün ilkin əsas ola bilər.

Ağıllı
qadın..

Bu barədə istəməsələr də kişilər bəzi  hallarda qadının ağlı haqqında könülsüz razılaşmaya gələ bilrilər. Lakin ağıllı qadın kişilərlə bərabər ağıla malik oldugunu sübut etmək üçün  nələr etməldir. O həm ailəsini tənzimələmi, ağıllı uşaqlar böyütməli, milli adət və ənənyə sadiq olmalı, namusli olmalı, şəxsi həyatdan çox toplumun qaydalarına  riayət etməli və nəhayət…. kişi kimi qadın olmalıdır.

Kişi
kimi qadın….

Kimdir
kişi kimi qadın?

Kişi kimi qadın incə olmamalı, hissyata qapılmamalı, duyğusal olmamalı, bəzən sevgisini gizlətməli, özünün zəif  tərəflərini qəti şəkildə aşkarlamağa imkan verməməlidir. Əks halda o  ciddi müzakirə obyektinə cevrilərək, günahkar qadın obarızının daşıyıcı ola bilər. Ağıllı qadınla günahkar qadın obrazı arasında  sədd çox zəif pərdədən ibarətdir. Bu lap bakirəlik pərdəsinə bənzəyir. Bir gün və bir an, güclü qadını günahkar qadına çevirə bilər.

Güclü qadınlar- bu qadınlar stervalardan və liderlərdən fərqlidirlər. Onlar kiməsə gərək olmaqla yanaşı, içində bir mərhəmət hissi olan qadınlardır. Onlar daha çox başqaları üçün yaşamağı özlərinin həyat qayəsi seçirlər.Bu qadınlara özünü qurban verənlər də demək olar.

Demək güclü qadın öz obrazına qoruyub saxlamaq üçün həyatının ən qaynar vaxtından (repraduktiv) 70 yaşa qədər bu obrazı qoruyub saxlamaq üçün çalışmalıdır. Yalnız 70 yaşdan sonra o müzakirə obyektindən çıxaraq müəyyən status qazana bilər. Bu status, ağbirçək statusu ola bilər. Bu yerdə bir məsələyə də toxunmaq istəyirəm. Qadının bu mübarizəsi heç bir tarixi arxivdə qalmır. Öz ailəsi və icması çərçivəsindən kənara çıxmır. Onun illərlə dözdüyü məşəqqətlər isə ailə tarixi üçün sadəcə bir səlnamə olur. Vəssalam…. Hələ heç bir ölkədə namuslu qadınların tarix kitabı çap edilməyib. Amma təssüf. Çünki o halda qadın qəhrəmanlarından kifayət qədər qalaq qalaq kitablar yazılardı.

Namuslu qadın- əslində bu həm də dediyimiz qəhrəman qadın obrazıdır bizim toplumun düşüncəsinə görə. Namuslu qadın  ac qalmalı, susuz qalmalı, uşaqlarını mərhumiyyətdə böyütməli, ona xəyanət edən kişinin bütün “şıltaqlıqlarına” dözməli,  ərinin xəyanətlərini uşaqlarından gizlətməli və ərini uşaqların gözündə qəhrəman obrazında  təqdim etməlidir. Namuslu qadın bəzənməməli, özünə çox baxmamalıdır ki, digərlərinin diqqətini çəkməsin. Namuslu qadın heç nədən  ailəni saxlamağı bacarmalıdır. “Günhkar” qadınları  ittiham edərkən kişilər bəzən hətta öz həyat yoldaşlarına “filankəsi görürsən, bütün mərhumiyyətlərə dözür, amma namusunu qoryub saxlayır” deyərək müqayisə aparmağı sevirlər. Əslində qadını digər qadınla müqayisə etmək və digərinin üstünlüyünü  öz həyat yoldaşına bildirmək qədər ağır psixoloji zorakılıq yoxdur. Burada  qadın bütün mənlarda ittiham edilir.

Qadın obrazları içərisində bir obraz da var. Görünməyən qadın obrazı. Bu qadınlar nə evdə, nə cəmiyytədə görünməz. Onlarda  özünü qiymətləndirmə hissi o qədər aşağı səviyyədə olur ki, onlar “səslərini” belə çıxarmaga cürət etmirlər. Bəzən ömrunun axırına kimi görünməz olaraq qalır, bəzən isə hansısa güclü təkan onları öz oxundan çıxarıb görünən edə bilir. Belə güclü dəyişikliyə səbəb olan təkan qadını cinyatəkara və ya liderə çevirə bilir.

Cinayətkar
qadın- əslində dediyimiz kimi bu görünməz qadın ola bilər ki, illərlər bütün
ağırlığa dözüb öz sinir sistemini bərbad hala salaraq son hər hansı zorakılq
halından affekt vəziyyətə düşərək cinayət törədə bilər.

Cinayətkaq qadınlar tamah məqsədilə də cinayət törədə bilər. Lakin bu tamahın arxasında bəzən baxımsız qadın ,iqtisadi cəhətdən asılı qadın da dayan bilər. Biz tamah məqsədilə cinayət tödən qadınları dəstəkləmirik. Lakin adələt naminə deyə bilərik ki, bu tamahın arxasında bəzən əzilmiş,bəzən də sındırılmış qadınlar da olur. Onlar özünü “təsdiq” üçün istənilən təkliflə razılaşırlar. Bircə sübut etsinlər ki, onlar ayaqdadırlar. Yaxşı yaşayırlar, uşaqları xoşbəxtdir.

Digərlərinin
isə fitrəti hiyləgərlikdir. Yəni məni aldadınca mən aldadım deyərək cinayət
törədirlər.

Aqressiv qadınlar- bu qadınlar həyata yalnız aqresiya ilə baxirlar. Aqressiya bəzən özünümüdafiə üçün bir pərdə də ola bilər. Lakin bəzi hallarda bu pərdə deyil sadəcə həyatından narazılıq, başqalarına pis mənada  qibtədən doğan haldır. Onlar hec nədən razı qalmazlar. Allahı da günahlandırarlar ki, nə üçün məni başqaları kimi etmədin. Halbuki, bu qadınlar aqresiyanı bir kənara ata biləsələr çox böyük nəaliyyətlər əldə edə bilərlər. Aqresiya onları axmaq rəqabət yarışına çıxradığından həqiqət və reallığı görməyi bacarmırlar. Belələri, şeytanla da müqaviə bağlamağa hazır olurlar. Çünki bütün ətraf onların düşüncəsinə görə düşməndir. Bu qadınların “mən”i aqresiya icərisində əriyib gedir.

Son zamanlar dəbdə olan bir obraz da meydana gəlib. Buna “sterva” qadınlar deyilir. Əvvəlki obrazlardan  bəzilərində mövcud olan keyfiyyətləri özündə cəmləşdirməyi sevən bu qadınlar, almağı sevirlər. Onlar, məqsədlərinə çatmaq üçün bütün fəndlərdən istifadə edirlər. Bu fəndlər onların özünü təsdiq üçün gərəkli olan alətdir. Onlarda mərhəmət hissi olmaz. Onlar yalnız əldə etmək eşqi ilə alışıb yanarlar. Belə qadınlar ailə mühitinə çətin adaptasiya olurlar. Lakin özlərini sevdirməyi bacarırlar.

Lider qadınlar- bu portertin arxasında daha çox tənha qadınlar gizlənir. Tənha dedikdə, kişisiz qadın yox, ümumən daxili boşlugu ilə üz-üzə qalan qadınlar da nəzərdə tutulur.Onların öz aləmi var. Bu aləmdə onları cəmiyyətin digər üzvləri olan qadınlardan bir çox meyarlar fərqləndirir. Onlar bəzən başqa cür düşünür, başqa cür həyata baxırlar. Bəziləri idealist olur, bəzən isə sadəcə praktikdirlər. Kimisə dogurdan da cəmiyyəti dəyişəcəyinə inanır, kimisə, cəmiyyətdən bəhrələnməyi qarşısına məqsəd qoyur.  Lider qadın olmaq ikiqat çətindir. Bu çətinliyin ən başlıcası  ideal olmaq görüntüsü ilə yaşamaqdır. Lider qadının görkəmi gözəl olmalı, ədaları fərqli olmalı, istənilən məsələyə “ tolerant” yanaşmağı bacarmalı, yatmamalı, işləməli və hər kəsə gərək oldugu anda onun yanında olmağı bacarmalıdır. Belə lider qadınların şəxsi həyatı demək olar ki olmur. Onlar özlərini unutmaq üçün işləyir və işləyirlər. Daxili boşluqlarını öldürmək üçün işlə “nikaha” girirlər.

Nikah- görünən, görünməyən, lider, cinayətkar,namuslu, namussuz qadınların hamısı ailə istəyir. Kimisi müti olmaq, kimisi isə bərabər olmaq arzusu ilə bu izdivacı ömür boyu gözləyir. Bu başqa yazının mövzusudur. Odur ki, davamı digər yazımızda.

P.S. müxtəlif qadın obrazları ona görə bu qədər dəyişkəndir ki, maskulist dünyagörüşü ilə yaşayanlar onları xəmir kimi istədiyi fomraya salırlar. Amma bir həqiqət də var  ki, bütün insanlar dünyaya saf gəlir….

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/bir-az-qadinlardan-yazmaq-ist%C9%99dim">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir